Əsas Səhifə > Cəmiyyət > HƏRBİ PROKURORLUQ SƏFƏR ƏBYEVDƏN RƏSMƏN ALINDI

HƏRBİ PROKURORLUQ SƏFƏR ƏBYEVDƏN RƏSMƏN ALINDI


22-05-2012, 13:54
HƏRBİ PROKURORLUQ SƏFƏR ƏBYEVDƏN RƏSMƏN ALINDI

MİLLİ MƏCLİS QƏRAR VERDİ

“Prokurorluq haqqında” qanuna dəyişiklik edilib. APA-nın xəbərinə görə, indiyədək hərbi prokurorluq orqanları maddi-texniki vəsait, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla Müdafiə Nazirliyi və qoşun növlərinin komandanlığı, hərbi birləşmələr tərəfindən təchiz edilirdi, həmçinin xidməti binalarının mühafizəsi təmin olunurdu.

Dəyişikliklə “Prokurorluq haqqında” qanundan müvafiq bənd bütünlüklə çıxarılıb. Bundan sonra qanunvericiliklə Hərbi Prokurorluq orqanlarının maliyyələşdirilməsi, o cümlədən əsaslı təmir və digər təchizat məsələləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Həmçinin xidməti binalarının mühafizəsini hərbçilər deyil, hüquq-mühafizə orqanlarının əməkdaşları təmin edəcək.

Geri qayıt