Əsas Səhifə > Şou-biznes > “GOLD BAKU”DA TOY OLACAQ

“GOLD BAKU”DA TOY OLACAQ


22-05-2012, 13:33
“GOLD BAKU”DA TOY OLACAQ

MÜĞƏNNİ AİLƏSİ XEYİR İŞƏ HAZIRLAŞIR

Şou-biznesin sevilən duetlərindən olan Təranə Qumral və Musa Musayev haqda çoxdandır yeni bir xəbər yox idi. Bununla belə, cütlük yaradıcılığına tam sürətlə davam edirdi. Yeni mahnılar hazırlanır, qızğın məşqlər ara vermirdi. Bu barədə oxumeni.az-a açıqlama verən Q.Təranə ailədə gözlənilən xoş xəbəri də bizimlə bölüşdü. Məlum oldu ki, ailənin ikinci qızı Fidan bu yaxınlarda nişanlanıb və cari ilin iyun ayında toyu olacaq: “Gənclər bir-birini çox sevirlər, olduqca xoşbəxtdirlər. Biz də bir valideyn kimi onların sevinci paylaşırıq”.

Bəyin əslən şəmkirli olduğunu, Moskva şəhərində bizneslə məşğul olduğunu bildirən Təranə xanım ondan ağızdolusu danışdı: “Erkin çox mədəni və qayğıkeş oğlandır. Geniş dünyagörüşünə malikdir. Biz onun xətrini çox istəyirik, o da bizim hörmətimizi saxlayır. Ondan və qızımızdan çox razıyıq. Bir-birinə çox yaraşırlar”. Daha sonra gələcək qayınana toyun Bakıdakı “Gold Baku” şadlıq sarayında baş tutacağını bildirərək, tədbirə bizi xüsusilə dəvət edəcəyini vurğuladı.

Allah xoşbəxt eləsin!


Geri qayıt