Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZƏ “AVROVİZİYA” VIZ GƏLİR

MÜĞƏNNİMİZƏ “AVROVİZİYA” VIZ GƏLİR


22-05-2012, 13:30
MÜĞƏNNİMİZƏ “AVROVİZİYA” VIZ GƏLİR

"GƏRƏK BU GÜN ÇIXIŞLARA BAXAM"

Elton Hüseynəliyev də “Eurovision-2012”nin məhz Azərbaycanda keçirilməsinə sevinənlər arasındadır. O, gediş-gəlişinin çətinləşməsinə etirazını belə bildirmir. Şəhərimizin bəzi küçələrində avtomobillərin idarə olunmasına müvəqqəti də olsa, məhdudiyyət qoyulmasını daha çox təqdirəlayiq hal hesab edir.

“Əks təqdirdə, göz gözü seçməz. Bu, yaxşı fikirdir. Düzdür, hamımızın yolu uzanacaq, problemlər yaşanılacaq, amma qayda-qanunlar var, vətəndaş kimi riayət etməliyik. O ki qaldı favoritimə, əfsuslar olsun ki, iştirakçıların çıxışlarını izləyə bilməmişəm. Gərək bu gün internetdə hər birinə nəzər yetirəm və sonda birini seçib səsimi ona yollayam”, - deyən Elton da bir çox həmkarları kimi Səbinəni dəstəkləyə bilməyəcəyinə üzülür.

Geri qayıt