Əsas Səhifə > Dünya > "BUNLAR MAVİDİR!" ŞÜARI İRƏVAN KÜÇƏLƏRİNDƏ

"BUNLAR MAVİDİR!" ŞÜARI İRƏVAN KÜÇƏLƏRİNDƏ


22-05-2012, 12:57
"BUNLAR MAVİDİR!" ŞÜARI İRƏVAN KÜÇƏLƏRİNDƏ

ERMƏNİSTANDA DA GEY-PARADI MİLLƏTÇİLƏR DAĞITDI

FaktXeber.com-un verdiyi məlumata görə, dünən Ermənistanın "Kaskad" kompleksinin qarşısında geylərin keçirmək istədiyi parad baş tutmayıb. Buna səbəb isə millətçi gənclərin parada müdaxiləsi və baş verən qarşıdurma olub. Parad təşkilatçıları Rəssamlar İttifaqının binasına sığınıblar.

Millətçi gənclər isə bina qarşısına toplaşaraq, "Bunlar mavidir!", "Geylərə yox!", "Geylər Bakıya!", "Ruhi virusdan ehtiyatlı olun!" kimi şüarlar səsləndiriblər.

Daha sonra isə məlum olub ki, geylər binanın arxa çıxışından qaçıblar. Bunu eşidən gənclər isə sevinərək rəqs ediblər.

Erməni mətbuatı yazır ki, gey-paradın təşkilatçılarından biri gey kimi tanınan PINK Mamikon Ovepyan olub.

Həmçinin bildirilir ki, Abovyan küçəsində mavilərin qarşısını kəsən gənclər onlara hücum edərək, "bu müqəddəs torpaqlarda geylərin paradı ola bilməz", - deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gercüstanda da keçirilməsi planlaşdırılan gey-paradın qarşısı gürcü gəncləri və keşişləri tərəfindən alınmışdı.

Geri qayıt