Əsas Səhifə > Partiya > MİTİNQ YOXDUR, BULVARDA GƏZİNTİ VAR

MİTİNQ YOXDUR, BULVARDA GƏZİNTİ VAR


21-05-2012, 17:40
MİTİNQ YOXDUR, BULVARDA GƏZİNTİ VAR

MÜXALİFƏT QƏRARINI DƏYİŞDİ

İctimai Palata (İP) mayın 25-də Dənizkənarı Milli Parkda dinc yürüş-aksiya keçirəcək.

Bu barədə APA-ya İP katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məlumat verib. O bildirib ki, İctimai Palatanın liderləri də Dənizkənarı Milli Parkda gəzintiyə çıxacaq.

G. Aslanlı aksiyanın keçiriləcəyi saatın İP Koordinasiya Şurasının mayın 23-də keçiriləcək iclasında müəyyənləşəcəyini söyləyib. O, aksiya ilə bağlı heç bir dövlət qurumuna müraciət ünvanlanmayacağını, buna zərurət olmadığını da əlavə edib. Dinc aksiya zamanı heç bir şüar səsləndirilməyəcək.

G. Aslanlı tədbirin demokratik seçki mühitinin yaradılması və həbsdə olan İP üzvlərinin azadlığa buraxılması tələbi ilə keçiriləcəyini vurğulayıb: “İlk növbədə İctimai Palatanın liderlərinin təmsil etdikləri təşkilatın üzvləri ilə birgə Milli Parkda olması vətəndaşların diqqətini cəlb edəcək. Həmçinin, dinc gəzinti zamanı yerli və xarici media mənsublarının da iştirakı təmin olunacaq. Bütün bu və ya digər vasitələrlə İctimai Palata çalışacaq ki, vətəndaşların diqqətini dinc aksiyaya cəlb edə, o cümlədən tədbirin məqsədini cəmiyyətə çatdıra bilsin”.


Geri qayıt