Əsas Səhifə > Cəmiyyət, Manşet > HACIBALA ABUTALIBOVA QARŞI İTTİHAM

HACIBALA ABUTALIBOVA QARŞI İTTİHAM


21-05-2012, 14:55
HACIBALA ABUTALIBOVA QARŞI İTTİHAM

BAKI MERİ FIRILDAQÇILARLA ORTAQ FƏALİYYƏTDƏ İTTİHAM OLUNDU

DİA.AZ: - “GEN” MMC tikinti şirkətinin aldatdığı müştərilər bazar ertəsi RATİ-də mətbuat konfransı keçiriblər. Hüquq müdafiəçisi Ələkbər Məmmədov mətbuat konfransında bildirib ki, 4 ildir ki, bu vətəndaşların problemləri həll olunmur. 2008-ci ildən bu yana müştərilərin nə evləri verilir, nə də pulları qaytarılır.

“Kamran B.Ə”, “Orxan”, “Fuad LTD”, “Mur-Ay” və digər şirkətlərin aldatdıqları müştərilərin problemləri həllini tapsa da “GEN” MMC mütşərilərinin problemləri həll olunmur. Ə.Məmmədovun fikrincə, bu problemin həllini tapmamasına əsas səbəb bu məsələni ilk dəfə iqtidara müxalif olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin qaldırması olub. “İqtidar bu məsələni V.İsgəngdərli qaldırıb deyə həll etrmək istəmir, bu inadın altını isə sadə vətəndaşlar çəkir”, - Ə.Məmmədov qeyd edib.

Mətbuat konfransında problemin həllini tapmamasına görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ağır ittihamlara məruz qalıb. H.Abutlaıbovun “GEN” MMC müştərilərinə münasibətdə “pullarını dələduza necə veriblərsə gedib eləcə də alsınlar” söyləməsi müştəriləri ciddi narahat edib.

Belə ki, müştərilər GEN MMC şirkətinin sahibi Elbrus Əliyevlə H.Abutalıbovu cinayət ortağı kimi tanıdıqlarını bildiriblər. Müştərilər E.Əliyevin dələduz olaraq onları bir dəfə, H.Abutalıbovun isə 4 il ərzində hər ay vəd verərək aldatdığını deyiblər. Buna görə də E.Əliyevlə yanaşı H.Abutalıbovun da cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

Müştərilər haqlarından geri çəkilməyəcəklərini, kütləvi aksiyalara start verəcəklərini bildiriblər.


Geri qayıt