Əsas Səhifə > Cəmiyyət > POLİS RƏİSİNİN MÜAVİNİ ETİRAZÇI QOVALAYIR

POLİS RƏİSİNİN MÜAVİNİ ETİRAZÇI QOVALAYIR


21-05-2012, 13:41
POLİS RƏİSİNİN MÜAVİNİ ETİRAZÇI QOVALAYIR

İCTİMAİ PALATANIN AKSİYASI DAVAM EDİR

Saat: - 13:10:00 - Mayın 21-də müxalif İctimai Palatanın fəalları Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirməyə cəhd göstərib.

Əvvəlcə paytaxtın Fəvvarələr meydanında yığışan aksiyaçılar sonra metronun "Sahil" stansiyasına yön alıblar. Daha sonra isə onlar Nizami küçəsində yürüş ediblər və əsasən “İstefa” şüarını səsləndiriblər. Polis həbslərə başlayıb.

Saat: - 13:35:00 - Mayın 21-də paytaxt Bakının mərkəzində etirazlara başlayan müxalif İctimai Palatanın aksiyası davam edir.

İctimai Palatanın fəalları hazırda Kukla Teatrı istiqamətindən Dənizkənarı Milli Parka daxil olmağa çalışırlar. Polis bunun qarşısını alır. Ərazidə olan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Elxan Həsənov səsgücləndirici ilə aksiyaçılara müraciət edərək onları dağılışmağa, asayişi pozmamağa çağırır.

Geri qayıt