Əsas Səhifə > Ölkə > “SEPAH” YENƏ BİZİ HƏDƏLƏDİ

“SEPAH” YENƏ BİZİ HƏDƏLƏDİ


21-05-2012, 13:12
“SEPAH” YENƏ BİZİ HƏDƏLƏDİ

TƏBRİZDƏKİ BAŞ KONSULLUĞUMUZ ƏLƏ KEÇİRİLƏ BİLƏR

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə məxsus “Tabnak” saytı Bakıda keçiriləcək “Avroviziya 2012” mahı müsabiqəsi haqda yazı dərc edib.

“Media forum” saytının məlumatına görə, mayın 21-də dərc olunan yazıda İrandakı “Hizbullah Ənsarı” təşkilatının Təbriz qanadının “Avroviziya 2012” mahnı yarışması ilə bağlı bəyanat yaydığı bildirilir.

Yazıda deyilir: “Eşitdiyimizə görə, “Hizbullah Ənsarı” təşkilatının Təbriz qanadı Azərbaycan hökumətinin bu ölkədə “Avroviziya” mahnı müsabiqəsi ilə bərabər homoseksualların paradını keçirməsi haqda bəyanat yayıb. Bəyanatda vurğulanır ki, azərbaycanlı dindarların səbir kasası artıq daşıb və biz Təbrizin qeyrətli dindar qüvvələri olaraq qeyrətli Azərbaycan vətəndaşları ilə birlikdə homoseksualların paradı və “Avroviziya” biabırçılıq ləkəsini silmək üçün İlham Əliyev hökumətinin Təbrizdəki fəsad yuvasını ələ keçirərək onu Azərbaycanın sürgündəki hökumətinə tapşıracağıq”.


Geri qayıt