Əsas Səhifə > Güney Press, Araşdırma > ZAQATALADA SÖKHASÖK İŞLƏRİ BAŞLADI

ZAQATALADA SÖKHASÖK İŞLƏRİ BAŞLADI


21-05-2012, 12:59
ZAQATALADA SÖKHASÖK İŞLƏRİ BAŞLADI

QƏZALI MƏKTƏB VƏ EVLƏR SÖKÜLÜR

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Zaqatala şəhərində yaradılan operativ qərargahından bildiriblər.

İlkin olaraq işçi qrupları tərəfindən tam qəzalı vəziyyətə düşdüyü müəyyən edilən məktəb və evlərin sökülməsinə başlanılıb. Qərargahdan verilən məlumata əsasən, hazırda Gözbarax və Mamrux, Güllük kəndlərində məktəblər tamamilə sökülüb və həyətin digər hissəsində yeni bünövrələrin qazılması işi aparılır. Söküntü işləri podratçı tikinti təşkilatları tərəfindən həyata keçirilir.

Belə bazalardan biri Gözbarax kəndində “Gilan-İnşaat” MMC tərəfindən yaradılıb. Hazırda bazaya Bakı şəhərindən lazımi tikinti materialları - sement, mişar daşı, taxta və sair daşınır. Mühəndis və fəhlələrin qalması üçün bazada yardımçı tikililər inşa olunur. / gun az /


Geri qayıt