Əsas Səhifə > Ölkə > İCRA BAŞÇISI KƏRƏM HƏSƏNOVUN QARDAŞINA QARŞI
İCRA BAŞÇISI KƏRƏM HƏSƏNOVUN QARDAŞINA QARŞI21-05-2012, 12:42 |
ƏZİZ ƏZİZOV NOXUD BİZNESİNƏ GİRİŞİB İcra başçılarının əvvəllər gizli, indi isə açıq şəkildə bizneslə məşğul olduğu sirr deyil. Elə bu səbəbdəndir ki, bəzi icra başçılarının biznesləri ilə bağlı xəbərlər mətbuatın gündəmindən düşmür. Onlardan biri də Cəlilabadın icra başçısı Əziz Əzizovdur. Bu yaxınlarda rayondakı restoranının yanmasının ardından adı yenidən dillər «əzbəri» olan icra başçısının başqa bir biznes sahəsində də var olduğu üzə çıxıb. TİA.AZ-a verilən məlumata görə, Əziz Əzizovun yeni biznesi noxud satışı ilə bağlıdır. Məlumatda bildirilir ki, Cəlilabad rayonu əvvəldən öz taxılı, üzümü ilə, indi isə kartofu, çyələyi və noxudu ilə məşğurdur. Hal hazırda Bakıdakı pivəxanalarda istifadə olunan noxudların böyük bir qisminin də məhz bu rayondan gətirildiyi bildirilir. Cəlilabadın Günəşli və digər bu kimi kəndlərində yetişdirilən sözügedən məhsulun biznesini isə gəlirli hesab edirlər. Mənbə bildirir ki, Əziz Əzizovdan əvvəl noxud biznesi Əmlak Komitəsinin rəhbəri Kərəm Həsənovun deputat qardaşı Malik Həsənovun nəzarətində olub. Lakin Həsənovların geniş biznesləri olduğundan bu sahəni nəzarətsiz buraxıblar. Vəziyyəti belə görən icra başçısı da fürsəti əldən verməyib, noxud biznesini ələ keçirib. TİA.AZ-a çatan məlumatlarda vurğulanır ki, Əziz Əzizov Bakıdakı əksər pub-barlar və pivəxanaları noxudla təmin edən tərəf kimi çıxış etməyə başlayıb. Cəlilabadda isə həmin məhsulu əldə etməyin çox rahat yolunu tapılıb. Mənbə bildirir ki, icra başçısı bütün yerli icra nümayəndələrinə tapşırıb ki, hər biri öz kəndində istehsal olunmuş, amma yüksək keyfiyyətli noxudları toplayaraq, onun adamlarına verməlidir. Məsələ ilə bağlı maraqlı araşdırmamızı isə yaxın günlərdə təqdim edəcəyik. Geri qayıt |