Əsas Səhifə > Partiya > POLİS MƏRKƏZDƏ DƏYƏNƏKLƏRİNİ SAZLAYIR

POLİS MƏRKƏZDƏ DƏYƏNƏKLƏRİNİ SAZLAYIR


21-05-2012, 12:17
POLİS MƏRKƏZDƏ DƏYƏNƏKLƏRİNİ SAZLAYIR

MÜXALİFƏTİN AKSİYASINDA ZOR TƏTBİQİ GÖZLƏNİLİR

Şəhərin mərkəzi hissəsində fövqəladə vəziyyət hökm sürür. Hər tərəfdə polis bölükləri, malis maşınları, mülki geyimli hüquq-mühafizə əməliyyatçıları göz dəyir. Bu barədə musavat.com-a "Yeni Müsavat"ın reportyoru Emil Salamoğlu xəbər verib.

Onun szölərinə görə, günün günorta çağı komendant saatının tətbiq edilməsinə bənzəyən bu mənzərə İctimai Palatanın bu gün keçirmək istədiyi etiraz aksiyası ilə bağlıdır.

Qeyd edək ki, İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətinin etiraz aksiyaları yer əlverişli ayırmamasına etiraz aolara BŞİH qarşısında və şəhərin bir neçə yerində aksiya keçirmək niyyətindədir.

Bu barədə anons verən İP funksionerləri aksiyanın keçiriləcəyi günü elan etsələr də, aksiyanın məkan və zamanını məxfi saxlayıblar. Ona görə də polis qüvvələri hər ehtimala qarşı şəhərin mərkəzi hissəsini total nəzarətə götürüb.


Geri qayıt