Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İRAN BİZDƏN NƏ İSTƏYİR?

İRAN BİZDƏN NƏ İSTƏYİR?


21-05-2012, 12:13
İRAN BİZDƏN NƏ İSTƏYİR?

“TEHRAN DÖVLƏTİMİZİN VARLIĞINI ÖZÜNƏ TƏHLÜKƏ SAYIR”

Güney Azərbaycan Televiziyasının “Həftə sonu” proqramının növbəti buraxılışı İranın Azərbaycana qarşı təhdidlərinə həsr olunub.

“Media forum” saytı xəbər verir ki, proqramın qonağı olan “Zerkalo” qəzetinin siyasi şərhçisi Nicat Səmədoğlu Azərbaycanın müstəqillik qazandığı gündən İranın təhdidləri ilə üzləşdiyini deyib: “İran Azərbaycanla münasibətlərdə dostluq və qardaşlıq strategiyasına üstünlük verdiyini qeyd etsə də, əməldə fəqli siyasət yürüdür. Bu da daha çox Güney Azərbaycan amili ilə bağlıdır. Ancaq İranın təhdidlərinin artmasına başqa amillər də təsir edir”.

Bir müddət öncə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvanda deklarasiya imzaladıqlarını xatırladan Nicat Səmədoğlu bu sənədin də işləmədiyini bildirib: “Deklarasiyada vurğulanırdı ki, üç dövlət ərazilərindən bir-birlərinə qarşı istifadə edilməsinə imkan verməyəcəklər. Ancaq bu deklarasiya da Tehrana inandırıcı görünmədiyindən Azərbaycana qarşı təhdidləri artırıb. Bir sözlə, Tehran Azərbaycan dövlətinin varlığını özü üçün təhlükə sayır”.

Geri qayıt