Əsas Səhifə > Partiya > MÜSAVAT TİFLİS YOLUNDA

MÜSAVAT TİFLİS YOLUNDA


21-05-2012, 11:56
MÜSAVAT TİFLİS YOLUNDA

PARTİYANIN QURULTAYINA BAŞQA YOL QALMAYIB

Hazırda qurultayın keçirilməsi ilə bağlı Gürcüstanın müvafiq qurumları ilə danışıqlar aparılır. Bu barədə SalamNews-a Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı məlumat verib.

O deyib: “Partiyanın növbəti qurultayı Tiflisdə keçirilə bilər. Qurultayın dəqiq nə vaxt keçiriləcəyini demək hələ tezdir. Hazırda qurultayın keçirilməsi üçün yerin ayrılması ilə bağlı Gürcüstanın müvafiq qurumları ilə danışıqlar aparılır”.

Qurultayın Azərbaycanda niyə keçirilməyəcəyi ilə bağlı sualı cavablandıran sədr müavini söyləyib ki, ölkə hakimiyyətinin müxalifət partiyasının nüfuzundan çəkindiyinə görə, Bakıda qurultayın keçirilməsi üçün 800-1000 yerlik zal tapa bilmir.

Geri qayıt