Əsas Səhifə > Hadisə > DAHA İKİ ZABİTİMİZİ İTİRDİK

DAHA İKİ ZABİTİMİZİ İTİRDİK


20-05-2012, 14:59
DAHA İKİ ZABİTİMİZİ İTİRDİK

TƏRTƏRDƏ BAŞ VERƏN AĞIR QƏZA NƏTİCƏSİNDƏ

Tərtər-Goranboy yolunun 6-cı kilometrliyində, yolun Tərtərin Cəmilli kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Tərtər rayonu ərazisindəki “N” saylı hərbi hissənin zabiti Balabəy Mürsəlovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə rayonun Seyidimli kənd sakini Fazil Şahbazovun idarə etdiyi “VAZ 21015” markalı avtomibil qarşı qarşıya toqquşub. Nəticədə sürücülər və “VAZ 2107”də olan sərnişin Azərbaycan Ordusunun zabiti Sabir Hüseynov hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə baxış zamanı qəzanın “VAZ 2107”nin hərəkət zolağında baş verdiyi müəyyən edilib. Qəza nəticəsində “Jiquli”də olan olan zabit Vahid Məlikov müxtəlif bədən xəsarətləri alıb və o, ərazidəki hərbi hospitala yerləşdirilib.

Faktla bağlı Tərtər rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb.


Geri qayıt