Əsas Səhifə > Güney Press, Üçüncü sektor > UCARLI MÜƏLLİMƏDƏN DÜNYƏVİ İXTİRA

UCARLI MÜƏLLİMƏDƏN DÜNYƏVİ İXTİRA


20-05-2012, 14:30
UCARLI MÜƏLLİMƏDƏN DÜNYƏVİ İXTİRA

FATMA ABBASOVA DÜNYA ELMİNƏ YENİLİK GƏTİRİR

Ucar rayon 2 saylı orta məktəbin coğrafiya müəlliməsi Fatma Abbasova dünyada ilk dəfə yeni üsulla alternativ enerji əldə etməyin mümkün olduğunu və hazırda bununla bağlı yeni layihə üzərində iş apardığını bildirib.

O SalamNewa-un bölgə müxbirinə deyib ki, İslandiyada alternativ enerji mənbəyi kimi istifadə olunan qeyzerləri ölkəmizdə şüni şəkildə yaratmaqla, geotermal suları yerin üzərinə çıxarmaqla böyük rayonları elektrik enerjisi və istiliklə təmin edəcək yeni layihə üzərində çalışır. Mən bu ilin oktyabrınadək bununla bağlı təkliflərimi layihə şəklində müvafiq qurumlara təqdim edəcəyəm.

Onun alternativ enerji ilə bağlı ixtirası hamının diqqətini cəlb edib. F.Abbasova yerin daxili enerjisi hesabına dünyada ilk dəfə yeni üsulla elektrik enerjisi əldə etməyin mümkün olduğunu açıqlayıb: "Heç bir xammal və yanacaq sərf etmədən əldə olunacaq enerji digər alternativ enerji mənbələrindən çox ucuz başa gələcək".

Xatırladaq ki, Fatma Abbasova Azərbaycan Gəncləri İttifaqının təşkilatçılığı ilə dördüncü ildir “Enerji və ətraf mühit” mövzusunda keçirilən respublika müsabiqəsinin qalibi olub.


Geri qayıt