Əsas Səhifə > Cəmiyyət > MÜSAVATÇI MƏHBUSUN DURUMU AĞIRDIR
MÜSAVATÇI MƏHBUSUN DURUMU AĞIRDIR20-05-2012, 14:00 |
ARİF HACILI ACLIĞI DAVAM ETDİRMƏKDƏ İSRAR EDİR 16 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiya keçirən Arif Hacılının vəziyyəti pisləşib. Bu barədə musavat.com-a Müsavat başqanının müavini Gülağa Aslanlı xəbər verib. Müsavat funksionerinin sözlərinə görə, aksiyanı fasiləsiz olaraq 5 gün davam etdirən vicdan məhbusunun səhhətinin ağırlaşması barədə xəbər ailəsinə məhbus yoldaşları tərəfindən xəbər verilib. G.Aslanlının verdiyi məlumata görə, bu səbəbdən Arif Hacılı aclıq aksiyasını dayandırmaq məcburiyyəti qarşısında qalıb, ancaq o, sona qədər aksiyanı davam etdirməkdə israr göstərir. Qeyd edək ki, ötən il 2 aprel aksiyası zaman saxlanılaraq əsassız ittihamlarla həbs cəzasına məhkum edilən A.Hacılı hipertoniyadan əziyyət çəkir. Bildirək ki, A.Hacılının həyat yoldaşı sosial şəbəkədə paylaşdığı qeyddə cəzaçəkmə müəssisəsindən ona zəng olunduğu, vicdan məhbusunun səhhətinin pis olmadığını dediklərini yazıb və ikinci informasiyanın doğruluğunu şübhə altına alaraq yazıb: "İmkan varsa Arif Hacılı heç vaxt başqasına zəng etdirməz. Mən bilirəm ki, ayağa qalxa bilsə, mütləq özü zəng vurardı". Geri qayıt |