Əsas Səhifə > Şou-biznes > NƏNƏLƏR, AY NƏNƏLƏR...

NƏNƏLƏR, AY NƏNƏLƏR...


20-05-2012, 12:50
NƏNƏLƏR, AY NƏNƏLƏR...

ƏRƏSƏT “BABULYA”LARI LİDERLİKLƏRİNİ QORUYUR

"Buranovskiye babuşki" fanatlar və jurnalistlər arasında səsvermədə liderliyini davam etdirir.

"Buranovskiye babuşki" Bakıda keçiriləcək "Eurovision 2012"-nin mətbuat mərkəzində fan klub üzvləri və jurnalistlər arasında təşkil olunmuş səsvermənin nəticələrinə görə, birinci yarımfinalın iştirakçıları arasında yenə də liderdir.

Mayın 20-si saat 12:00-a olan məlumata görə, Rusiya təmsilçiləri 326 səslə birinci yerdədirlər. İkinci yeri 308 səslə Rumıniyanın "Mandinga" qrupu tutur. Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou 303 səslə üçüncüdür.
Səsvermə mətbuat mərkəzi bağlananadək davam edəcək və günün sonunda başa çatacaq.

Geri qayıt