Əsas Səhifə > Dünya > İTALİYADA DA ZƏLZƏLƏLƏR BAŞLAYIB

İTALİYADA DA ZƏLZƏLƏLƏR BAŞLAYIB


20-05-2012, 12:46
İTALİYADA DA ZƏLZƏLƏLƏR BAŞLAYIB

BOLONYA ŞƏHƏRİ 5,9 BAL GÜCÜNDƏ SİLKƏLƏNİB

İtaliyanın şimalındakı Modena əyalətində, Bolonya şəhəri yaxınlığında Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri San-Feliçe-Sul-Panaro şəhərindən 5 kilometr aralıda, yerin 10 kilometr dərinliyində qeydə alınıb.

İlkin məlumatlara görə, yeraltı təkanlar nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Dağıntıların olduğu bildirilir. Bir sıra tikililərə ciddi ziyan dəyib. Dağıntılar arasında bir neçə nəfərin qaldığı da söylənilir. Bundan əvvəl isə İtaliyanın şimalında 4,2 bal gücündə zəlzələnin baş verdiyi xəbər verilir.

Geri qayıt