Əsas Səhifə > Partiya > HAKİMİYYƏT ATƏT-İN HESABATINI REDAKTƏ EDİR

HAKİMİYYƏT ATƏT-İN HESABATINI REDAKTƏ EDİR


20-05-2012, 12:42
HAKİMİYYƏT ATƏT-İN HESABATINI REDAKTƏ EDİR

“AZƏRBAYCAN ƏLEYHİNƏ OLAN MƏSƏLƏLƏR ÇIXARILACAQ”

ATƏT Parlament Assambleyasının (PA) Monakoda keçiriləcək yay sessiyasına təqdim ediləcək hesabatdan Azərbaycanın əleyhinə olan məsələlər çıxarılacaq".

SalamNews xəbər verir ki, bunu jurnalistlərə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, sessiyada Belqrad Bəyannaməsinin yerinə yetirilməsi ilə bağlı yekun hesabatın, qurumun komitələrində qətnamələrin, o cümlədən Monako Bəyannaməsinin qəbul ediləcəyi gözlənilir.

O deyib: "Sessiya zamanı siyasi məsələlər də diqqət mərkəzində olacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağla münaqişəsi ilə bağlı Monako sessiyasına təqdim olunacaq hesabat və onun əsasında hazırlanacaq qətnamə üzərində iş gedir. Qurumun Baş katibi Sprenser Oliverlə görüşdə hesabatda Azərbaycan tərəfini qane etməyən məsələlər onun diqqətinə çatdırılıb. Azərbaycanın əleyhinə olan məsələlər sənəddən çıxarılacaq. ATƏT PA-nın bu sessiyasında Ermənistanda keçirilən parlament seçkilərindəki qanun pozuntuları da müzakirə olunacaq. ATƏT-in müşahidə missiyasının hesabatında Ermənistandakı seçkilər zamanı bir sıra nöqsanlara yol verildiyi əksini tapıb. Təşkilata üzv ölkələrin deputatları bu məsələ ilə bağlı tənqidi fikirlərini bölüşəcəklər".

Xatırladaq ki, ATƏT Parlament Assambleyasının (PA) yay sessiyası cari ilin iyul ayında Monakoda keçiriləcək.

Geri qayıt