Əsas Səhifə > Hadisə > ŞƏMKİRDƏ QƏTLİAM KİMİ QƏZA

ŞƏMKİRDƏ QƏTLİAM KİMİ QƏZA


20-05-2012, 12:38
ŞƏMKİRDƏ QƏTLİAM KİMİ QƏZA

QƏZA NƏTİCƏSİNDƏ 6 NƏFƏR DÜNYASINI DƏYİŞİB

Mayın 20-də 05:30 radələrində Şəmkir rayonu ərazisində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Şəmkir-Gəncə marşrutu üzrə hərəkət edən PAZ markalı sərnişin avtobusu “köhnə yol” adlanan yolda qazılmış çuxura düşüb və aşıb.

Hadisə nəticəsində ilk məlumata görə, 6 nəfər dünyasını dəyişib. Xeyli insan isə yaralı halda Şəmkir və Gəncə xəstəxanalarına aparılıb.

Ölən və yaralananların adları dəqiqləşdirilir.


Geri qayıt