Əsas Səhifə > Hadisə > “GÜRCÜLƏRDƏN BUNU GÖZLƏMİRDİM”

“GÜRCÜLƏRDƏN BUNU GÖZLƏMİRDİM”


20-05-2012, 11:37
“GÜRCÜLƏRDƏN BUNU GÖZLƏMİRDİM”

QAM SƏDRİ BAŞ VERƏNLƏRİ TƏXRİBAT ADLANDIRDI

DİA.AZ: - Gürcüstanın müxalif dairələrində Azərbaycana məxsus Keşikçi dağı ilə bağlı anti-Azərbaycan əhval ruhiyyəsinin baş qaldırması ilə bağlı məslələri DİA.AZ-a şərh edən Qafqaz Araşdırmaları Mərkəzinin (QAM) sədri Kamran Ramazanlı bildirib ki, qardaş gürcü xalqından bu addımı gözləmirdi.

O qeyd edib ki, son günlər Gürcüstananın müxalifət dairələrində və bir qrup pravoslav din xadimləri arasında anti-Azərbaycan əhval-ruhiyyəsinin baş qaldırması, Azərbyacana arxandan vurulan bir xəncər zərbəsidir: “Bakıda beynəlxalq əhəmiyyətli “Avroiviziya” mahnı müsabiqəsinin keçirildiyi bir vaxtda starteji müttəfiq, yaxın qonşu və qardaş xalq andalandırılan Gürcüstan dövlətindən və gürcü cəmiyyətindən bu mövge heç gözlənilən deyildir. Mən başa düşmürəm işğal altında olan Abxaziya və Cənubi Osetiyada gürcü dini və tarixi abidələri dağıdılanda Gürcüstan müxalifəti və pravoslav dini dairələri heç bir reaksiya vermirlər. İndi Azərbaycana məxsus Keşikçi dağında yerləşən br monastıra görə belə hay-küy nəyə lazımdır? Məqsəd nədir? Bu təxribatlar keçməyəcək”.

Daha sonra müsahibimiz bildirdi ki, Azərbaycan hər zaman Gürcüstanın ən dar günlərində yanında olub: “Tarixi fakdır ki, Gürcüstana və gürcü xalqına Azərbaycanda cox qardaş əlini uzadan başqa bir dövlət olmayıb. Bu gün Azərbaycana qarşı əsassız ərazi iddiası qaldırmaq böyük təəssüf hissi yaradır”.

Geri qayıt