Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AYB-DƏ DİKTATURA AB-HAVASI

AYB-DƏ DİKTATURA AB-HAVASI


18-05-2012, 15:03
AYB-DƏ DİKTATURA AB-HAVASI

GETMƏYƏN ANAR BİR YAZIÇINI QOVDU

“Mənim Azərbaycan Yazıçılar birliyinin sədrliyindən getmək fikrim yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu AYB sədri Anar deyib. AYB sədri bu gün Rəsul Rza adına mükafatların təqdimetmə mərasimində çıxış edərkən öz nitqinin sonunda dünən mediada qurumun rəhbərliyindən getmək istəyi ilə bağlı yayılan məlumata münasibətini də bu bir cümlə ilə açıqlayıb.
Qeyd edək ki, dünən AYB-nin mətbuat xidmətinin rəhbərinə istinadən Anarın qurumun sədrliyindən getmək istədiyi ilə bağlı məlumat yayılmışdı.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elsevər Məsim təşkilatdan qovulub. Bu barədə “Qafqazinfo”ya məlumat AYB katibliyindən daxil olub. Məlumata görə, AYB üzvü Elsevər Məsim (Elsevər İbrahim oğlu Məsimov) mütəmadi olaraq qurumda və başqa kənar yerlərdə birliyin, onun rəhbərliyinin, qələm yoldaşlarının ünvanlarına təhqiredici sözlər dediyinə, nalayiq hərəkətlər etdiyinə, birliyin xətti ilə keçirilən tədbirlərin gedişini pozduğuna görə AYB üzvlüyündən xaric edilib.

AYB katibliyi xəbərdarlıq edir ki, qurumun nizamnaməsini pozanlara, ədəbiyyatımızın klassiklərini və çağdaş nümayəndələrini qeyri-etik ifadələrlə təhqir edənlərə qarşı kəskin addımlar atılacaq və belə şəxslər AYB üzvlüyündən kənarlaşdırılacaq.


Geri qayıt