Əsas Səhifə > Cəmiyyət, Manşet > NAZİR FİKRƏT MƏMMƏDOVU KİMSƏ EŞİTMİR

NAZİR FİKRƏT MƏMMƏDOVU KİMSƏ EŞİTMİR


18-05-2012, 14:48
NAZİR FİKRƏT MƏMMƏDOVU KİMSƏ EŞİTMİR

PREZİDENTƏ QOHUM OLAN ƏDLİYYƏ NAZİRİNƏ NİYƏ ÖGEY MÜNASİBƏT VAR?

DİA.AZ: - İllərdir ədliyyə naziri postunu tutmsına baxmayaraq Fikrət Məmmədovun hansısa formada ictimai əhəmiyyəti olan sıradan bir prosesə təsir gücündə olmasına kimsə şahidlik etməyib. Sanki bir köşəsinə çəkilən kimi Fikrət Məmmədov də ədliyyə sistemində səs çıxarmadan, günlərini yola verməkdədir.

Əslində prezident İlham Əliyevin yaxın qohumu olan Fikrət Məmmədova olan məlum ögey münasibət səbəbsiz deyil. Bu barədə əvvəllər də mətbuatda müəyyən faktlar yer almışdı. DİA.AZ-a həmin məlumatları xatırladan Nazirlər Kabinetindəki mötəbər mənbəmiz bildirir ki, əslində Fikrət Məmmədov çoxdandır etimadı itirib və sadəcə olaraq qohumluq səbəbindən ona dəyib-toxunan yoxdur.

Bu etimadsızlığın səbəbi barədə danışan mənbəmiz bildirir ki, hadisə illər əvvəl olub: «Həmin ərəfədə Rabitə Naziri vəzifəsində işləyən Nadir Əhmədov görəvindən alınmışdı. Və yenidən vəzifəyə getmək istəyən Nadir Əhmədov Fikrət Məmmədovla əlaqə saxlayır».

Mənbəmiz bildirir ki, Fikrət Məmmədovun yaxın adamlarından birinə külli miqdarda pul verib yeni vəzifə almaq istəyən Nadir Əhmədovun bu istəyi baş tutmur: «Həmin dönəmdə Nazirlər Kabinetinin yeni tərkibi elan olunur və bəlli olur ki, pul verməsinə baxmayaraq, Nadir Əhmədov hökumətin tərkibində yer almayıb».

Mənbəmiz bildirir ki, bundan sonra aləm bir-birinə dəyir və məlum olur ki, sən demə, «yuxarılara» pul çatmayıb və bununla da Fikrət Məmmədov «obşıy katyol»dan pul gizləmə ittihamının hədəfinə çevrilir və ona qarşı böyük etimadsızlıq yaranır.

Və hazırda Fikrət Məmmədovun elə bir ciddi nüfuzunun olmamasını da bununla əlaqələndirən mənbəmiz onu da söylədi ki, hətta Bakı meri Hacıbala Abutalıbov da nazirin sözünü dəfələrlə yerə salıb: «Məlumdur ki, ədliyyə nazirliyinin binasının yanındakı asfalt döşəmə illərdir dağılmış vəziyyətdədir və hər gün nazir həmin yolla hərəkət etməli olur. Və dəfələrlə aidiyyatı qurumlara, xüsusən də Bakı meriyasına müraciət etmələrinə baxmayaraq, nazirliyin yanındakı küçənin asfalt problemi həll olunmayıb. Təbii ki, Hacıbala Abutalıbov özbaşına deyil və onun bu şəkildə davranışı sırf olaraq Fikrət Məmmədovun iqtidar cinahındakı çəkisiylə düz mütənaibdir».

Geri qayıt