Əsas Səhifə > Ölkə, Manşet > “BÜLLUR SARAY”IN TİKİNTİSİNDƏ KORRUPSİYA
“BÜLLUR SARAY”IN TİKİNTİSİNDƏ KORRUPSİYA18-05-2012, 14:15 |
TİKİNTİDƏ İŞTİRAK EDƏN “İSİMER” ŞİRKƏTİ 141000 DOLLAR PULUNU ALA BİLMİR Necdat Koçtürk sifarişçisi qurum olan DƏMK-nin sədri Kərəm Həsənova müraciət etdi... DİA.AZ: - “Eurovision” yarışmasının keçirilməsi üçün nəzərdə tutulan “Bakı Kristal Zalı”nın tikintisinə görə Dövlət Əmlak Məsələləri Komitəsi Almaniyanın “ALPİNE” şirkətinə ( rəhbəri Gunter Wieching) şifariş verib. DİA.AZ-a daxil olan məlumata görə, lman şirkəti isə beton işlərini “AZİNKO”ya, konstruksiya işlərini başqa bir şirkətə tapşırıb. İş bölgüsündə Türkiyənin “TOKAR” şirkətinə də xeyli iş ayrılıb. “Bakı Kristal Zalı”nın havalandırma, isitmə, soyutma, kondensator sistemini quraşdırmaq üçün “TOKAR” şirkəti Türkiyədən “ISIMER” şirkətini dəvət edib və rəsmi müqavilə bağlayıb. “ISIMER” şirkətinin rəhbəri Necdat Koçtürk deyir ki, bu ilin yanvar ayında işə başladıq. İşin nə qədər məsuliyyətli olduğunu başa düşürdük. İşçilər canla-başla işləyirdilər. Ancaq ortada gördüyümüz işlərin pulu ödənilmədiyi üçün işi dayandırmaq istədik. Bu xəbəri eşidən alman firması “ALPİNE”nin rəhbərliyi gəlib hamımızla bir-bir görüşdü və xahiş etdi ki, “lütfən işi saxlamayın, hamımız batarıq, sizin bütün pullarınız ödənəcək, bu işdə qaranti mənəm, lütfən çalışın”. Biz də onun sözlərinə inanıb işi gecə-gündüz davam etdirdik. Və yanvar ayında başladığımız işi aprelin sonunda uğurla başa çatdırdıq. Hazırda “Kristal Zalı” yarışa hazırdır. Ancaq biz pullarımızı ala bilmirik. “ISIMER”in rəhbəri Necdat bəy bildirir ki, bizim “TOKAR”la müqaviləmiz var və həmin müqaviləyə görə bu şirkət bizə 141000 (yüz qırx bir min ) dollar pul ödəməlidir. Ancaq “TOKAR”ın rəhbəri Ayhan Onalan bildirir ki, paramız yoxdur. Belə olanda biz alman şirkətinin rəhbərliyinə müraciət edərək öz sözlərinə əməl etmələrini xahiş etdik. Ancaq onlar “pardon” deməklə kifayətlənirlər. Deyirlər ki, sizin müqaviləniz “TOKAR” şirkəti ilədir. Biz isə almanlara deyirik ki, bəs xahiş edirdiniz ki, işi yarımçıq dayandırmayın, hamımız batarıq, mən qaranti dururam... 141 min dollar pulunu ala bilməyən “ISIMER”in rəhbəri Necdat bəy sonda onu bildirdi ki, mənim işçilərim yağmur, çamur, qar, yağış, soyuq, rüzgar bilmədən 3 aylıq qısa müddətdə üzərimizə düşən işi yerinə yetirdi. Və bu işin qardaş Azərbaycan dövləti üçün nə qədər önəmli olduğunu dərk edirdik. Düzdür, bizim hüquqi müqaviləmiz “TOKAR” firması ilədir. Ancaq iş prosesində alman firmasının rəhbərliyi dəfələrlə bizə işçilərin əmək haqqlarının ödənilməsinin onun qarantisində olduğunu söyləyib. İndi isə alman şirkətinin rəhbərliyi bildirir ki, “TOKAR”a artıqlaması ilə pul ödəmişik. Necdat Koçtürk axırda sifarişçi qurum olan Dövlət Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənovdan xahiş edir ki, belə bir möhtəşəm və gözəl projenin etibarının zərər görməməsi üçün bu olaya əl qoysun və biz öz pulumuzu ala bilək. Əks təqdirdə pulunu ala bilməyən “ISIMER” şirkəti öz 150 nəfərlik işçisi ilə Böyük Elçiliyin önündə haqlarını arayacaqlar. Geri qayıt |