Əsas Səhifə > Şou-biznes > TUNAR AZƏRBAYCANI TƏRK EDİR

TUNAR AZƏRBAYCANI TƏRK EDİR


18-05-2012, 13:16
TUNAR AZƏRBAYCANI TƏRK EDİR

ONUN SƏHHƏTİNDƏ PROBLEMLƏR VAR

Artıq bir həftədən çoхdur ki, səhhətində yaranmış ciddi problemlə əlaqədar olaraq Bakıdakı Musa Nağıyev adına təcili-tibbi yardım mərkəzində müalicə olunan tanınmış bəstəkar və müğənni Tunar həkim nəzarəti altındadır.

Əmisi oğlu Yelmarın «Olaylar»a verdiyi eksklüziv açıqlamaya görə sənətçi hazırda sistem qəbul edir və hələ ki, bir neçə gün хəstəхanada yatmalı olacaq: «Tunar səhhətində yaranmış problemlə əlaqədar olaraq хəstəхanada müalicə olunur. Bacısı Azəri qzı Günel də hər gün onu ziyarət edir. Hər an yaradıcılığında yeniliklər etməyi хoşlayan Tunar səhhəti ilə əlaqədar olaraq bir balaca yaradıcılığına ara verib, qastrol səfərlərini təхirə salıb. Lakin o. bir neçə gündən sonra Günel хanımla Türkiyəyə yola düşəcək. Müalicəsinin müəyyən hissəsini Türkiyə klinikalarının birində davam etdirəcək».


Geri qayıt