Əsas Səhifə > Hadisə > 3 ERMƏNİ GƏBƏRİB

3 ERMƏNİ GƏBƏRİB


14-10-2011, 11:23
3 ERMƏNİ GƏBƏRİB

ÖLÜMLƏRİN SƏBƏBLƏRİ MƏLUM DEYİL

Ermənistanın Tavuş vilayətində yerləşən İcevandakı hərbi hissədə 21 yaşlı sıravi Aram Aşotoviç Melkonyan vəfat edib. Yerevan sakini olan Aram Melkonyan 2011-ci ilin yanvarında hərbi xidmətə çağırılıb. Trend-in məlumatına görə, bu barədə Armenia Today yazır.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqə İdarəsinin rəisi David Karapetyan əsgərin ölümü faktını təsdiqləsə də, bu barədə ətraflı məlumat verməyib. Hələlik əsgərin ölümünün səbəbləri məlum deyil.

Bu, son beş gün ərzində Ermənistan ordusunda üçüncü ölüm hadisəsidir.


Geri qayıt