Əsas Səhifə > Şou-biznes > İRADƏ İBRAHİMOVA SƏHNƏYƏ QAYIDIR

İRADƏ İBRAHİMOVA SƏHNƏYƏ QAYIDIR


17-05-2012, 13:49
İRADƏ İBRAHİMOVA SƏHNƏYƏ QAYIDIR

MÜĞƏNNİ UZUN FASİLƏDƏN SONRA OXUMA QƏRARI VERİB

Fanatları İradə İbrahiomvanın konsertini çoxdan gözləyirlər.

Müğənni belə bir vəd verib, amma bəzi məsələlərin natamam həlli onu tərəddüd içində saxlayıb. Son illər qızı İpəyin nazını çəkən, əsasən də bu səbəbdən tez-tez görə bilmədiyimiz İradə xanımdan yeni bir xəbər aldıq. Müğənni Milli.Az-a bildirdi ki, mayın 28-də Şimali Kiprin Doğu Akdeniz universitetində təhsil alan tələbələr üçün geniş bayram konserti proqramı təqdim edəcək. Bu, müğənninin uzun fasilədən sonra növbəti konsertidir:

«Kipr konserti Respublika Gününə həsr edilən bayram konsertidir. Buna qədər bir çox bayram konsertləri təklifi alırdım. Nəhayət, bu təklif üzərində dayandım. Qızım böyüyür və onu ailə üzvlərimə etibar edib uzaq və yaxın yaradıcılıq səfərlərinə çıxa biləcəm».

Konsertinə vətənpərvər və repertuarında eşitdiyimiz məşhur mahnılarla hazırlaşan sənətçi bu tədbiri başa vurandan bir neçə gün sonra Azərbaycana gələcək. Onun burada bir sıra yaradıcılıq planları nəzərdə tutulub.


Geri qayıt