Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İRAN HAKERLƏRİ HƏRƏKƏTƏ KEÇİB

İRAN HAKERLƏRİ HƏRƏKƏTƏ KEÇİB


17-05-2012, 13:45
İRAN HAKERLƏRİ HƏRƏKƏTƏ KEÇİB

AZƏRBAYCANIN XƏBƏR PORTALI DAĞIDILDI

Azərbaycanda daha bir sayt hakker hücumuna məruz qalıb.

“Qafqazinfo”nun məlumatına görə, ann.az saytı tamamilə dağıdılıb və orada “Evrovision” əleyhinə şüarlar yerləşdirilib. Məsələ ilə bağlı saytın rəhbəri Zahid Əzəmət bildirib ki, təxminən saat 13:00-da “ANN.az” saytına İran hakkerləri tərəfindən hücum olunub: “İlk öncə saytın Azərbaycan, daha sonra rus versiyası dağıdılıb. Saytın əsas səhifəsində özlərinin Azərbaycan fədailəri kimi təqdim dən dəstə tələblərini, “Evrovision” əleyhinə şüarlar və qətlə yetirilən yazıçı Rafiq Tağının şəkilni yerləşdiriblər. Hazırda proqramçılar problemin həlli ilə məşğuldurlar. Yaxın bir neçə saat ərzində problemin həll olacağına ümid edirik”.

Saytda aşağıdakı informasiya yerləşdirilib:

“Əliyev rejiminin Azərbaycan fədailəri müqavimət dəstəsinin “Evrovision” müraciətindəki ultimatumuna biganə yanaşmasına cavab olaraq, Cyber Döyüşçüləri Azərbaycan Fədailəri Müqavimət Dəstəsinə dəstək verərkən bu veb-saytı sıradan çıxardı. AMDFin tələbi “Evrovision” və gey paradı ləğv etdirmək, əks təqdirdə Əliyev rejiminin qurtaracağı yoxdur”.


Geri qayıt