Əsas Səhifə > Cəmiyyət > RƏSMİ MAŞIN NÖMRƏSİ BİZNESİ

RƏSMİ MAŞIN NÖMRƏSİ BİZNESİ


17-05-2012, 12:56
RƏSMİ MAŞIN NÖMRƏSİ BİZNESİ

YAXŞI NÖMRƏNİN YAXŞI DA QİYMƏTİ VAR

Məlum olduğu kimi, Azərbaycanda avtomobilə dövlət nömrə nişanının alınmasına görə ödənilməli olan məbləğlər qanunvericiliklə tənzimlənir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev açıqlamasında nömrələrin qiymətinin oradakı rəqəmlərin düzülüşü və hərflərdən asılı olaraq dəyişdiyini söyləyib: «Məsələn, müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manatdır. Bu rəqəmlərlə olan nömrədə hərflər eynidirsə, qiymət 2500 manatdır».

K.Əliyevin sözlərinə görə, müxtəlif hərflərlə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələri 1000 manat, hərflərin eyni olduğu halda isə 1500 manatdır.
«111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində hərflər müxtəlifdirsə, dövlət rüsumu 500, eynidirsə, 1000 manatdır», - deyə K.Əliyev bildirib.

Qalan bütün nömrələr üçün dövlət rüsumu 18 manatdır: «Nömrə almaq üçün yol polisinə bir sıra sənədlər təqdim olunmalıdır: şəxsiyyət vəsiqəsi, avtomobilin mülkiyyət hüququnu təsdiqləyən müvafiq sənəd, xaricdən alınmış avtomobilə gömrük orqanının verdiyi icazə sənədi və sair. Qanuna edilmiş dəyişikliklərdən sonra indi avtomobil nömrəsinin alınması üçün 30 dəqiqə vaxt kifayətdir».


Geri qayıt