Əsas Səhifə > Ölkə > İQTİSADÇILAR ARTUR RƏSİZADƏ HÖKUMƏTİNƏ QARŞI

İQTİSADÇILAR ARTUR RƏSİZADƏ HÖKUMƏTİNƏ QARŞI


17-05-2012, 12:27
İQTİSADÇILAR ARTUR RƏSİZADƏ HÖKUMƏTİNƏ QARŞI

İNVESTİSİYALARIN XƏRCLƏNMƏSİNDƏ ŞƏFFAFLIQ VACİBDİR

Dövlət investisiya siyasətinin prioritetləri xüsusi sənədlə müəyyən edilir. Onun sütunları infrastruktur obyektlərinin və insan kapitalının inkişafıdır (məktəb, xəstəxana tikintisi və s.). Amma real maliyyələşdirilən layihələrə baxanda məlum olur ki, dövlət vəsaitlərinin bir hissəsi dövlət təşkilatlarının inzibati binalarının tikintisinə yönəldilir. Beləliklə, hökumət öhdəliklərindən yayınır. Bu barədə obyektiv.tv-yə müsahibəsində Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl bildirib.

Hökumət hər il 1000-dən çox investisiya layihəsini maliyyələşdirir. Bu layihələrin ekspertiza proseduru və təsdiqi ilə bağlı Zöhrab İsmayıl bildirib ki, hökumət fiziki cəhətdən bu layihələri qiymətləndirə bilməz. Bundan başqa, bir sıra hallarda maliyyələşdirilən layihələrin məqsədi müəyyən edilmir. Bu, Prezidentin İşlər İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə və s. aiddir.

İqtisadçı Oqtay Haqverdiyevin fikrincə, dövlət investisiyalarının əsas hissəsi sovet vaxtlarından fərqli olaraq infrastrukturun inkişafına yönəldilir. Amma bu işlər sistemli görülmür. Kapital qoyuluşu zamanı qərar qəbul ediləndə vaciblik və səmərəlilik nəzərə alınmır. Bu, daha çox yol tikintisinə aiddir. Haqverdiyev hesab edir ki, dövlət investisiyalarının xərclənməsində şəffaflıq vacibdir. Onun olmaması layihələrin yekun qiymətinin smeta qiymətindən bir neçə dəfə fərqlənməsi ilə nəticələnir.


Geri qayıt