Əsas Səhifə > Hadisə > DİN-DƏ YENİ TƏYİNAT

DİN-DƏ YENİ TƏYİNAT


13-10-2011, 17:38
DİN-DƏ YENİ TƏYİNAT

AĞSUYA POLİS RƏİSİ TƏYİN EDİLDİ

Azərbaycanın Ağsu rayonuna yeni polis rəisi təyin edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Samux Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Bahadur Şükürov Ağsu Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Xatırladaq ki, R. Usubov Ağsu Rayon Polis Şöbəsinin rəisi Hatəm Hacıyevi bir müddət əvvəl vəzifəsindən azad edərək, Nizami Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinə rəis təyin edib.


Geri qayıt