Əsas Səhifə > Dünya > İRANLA RUSİYA XƏZƏRİ BİZSİZ BÖLÜRLƏR

İRANLA RUSİYA XƏZƏRİ BİZSİZ BÖLÜRLƏR


16-05-2012, 13:25
İRANLA RUSİYA XƏZƏRİ BİZSİZ BÖLÜRLƏR

DANIŞIQLAR TEHRANDA APARILIR

Tehranda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə iclas keçirilib.

SalamNews-un ''MehrNews''a istinadən verdiyi xəbərə görə, iclasda Rusiya və İran nümayəndələri iştirak ediblər.

Rusiya nümayəndə heyətinə Xəzər dənizinin hüquqi statusu məsələləri üzrə danışıqlar qrupunun rəhbəri İqor Bratçikov başçılıq edib. İran nümayəndə heyəti isə tədbirə xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadənin rəhbərliyi ilə qatılıb.

Danışıqlar zamanı Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi müzakirə olunub.

Mehdi Axundzadə Xəzər dənizini “sülh və dostluğun” hakim olduğu su hövzəsi kimi xarakterizə edərək, dənizin İran ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsində vacib rol oynadığını vurğulayıb.

Görüş zamanı həmçinin, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyası üzrə səylərin gücləndirilməsinin vacibliyini vurğulanıb.


Geri qayıt