Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ABŞ SENATORLARI BAKIYA İSMARIC YOLLADI

ABŞ SENATORLARI BAKIYA İSMARIC YOLLADI


16-05-2012, 12:05
ABŞ SENATORLARI BAKIYA İSMARIC YOLLADI

BƏXTİYAR HACIYEV AZADLIĞA BURAXILSIN

ABŞ senatorlaru Mark Kirk, Ben Kardin, Barbara Bokser, Riçard Blumental və Marko Rubio Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək gənc fəal Bəxtiyar Hacıyevi həbsxanadan buraxılmasına imkan yaratmağa çağırıb. “Azadlıq” radiosunun məlumatına görə, senatorların məktubunda deyilir: “Bəxtiyar Hacıyevin həbsi və onunla kobud rəftar ifadə azadlığı və sərbəst toplaşmaq azadlığı haqlarının pozulmasıdır. Onun həmçinin qeyri-insani rəftardan müdafiə haqqı da pozulub. Bəxtiyar Hacıyev ağır şəraitdə öz həbs müddətinin yarısını çəkib. Xahiş edirik Bəxtiyar Hacıyevin dərhal azadlığa buraxılmasına yardımçı olasınız”.

Harvard Universitetinin məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub və Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt