Əsas Səhifə > Cəmiyyət, Manşet > ETİBAR ƏLİYEVİN GİZLİ PULLARI DÖVR EDİR

ETİBAR ƏLİYEVİN GİZLİ PULLARI DÖVR EDİR


15-05-2012, 18:18
ETİBAR ƏLİYEVİN GİZLİ PULLARI DÖVR EDİR

HƏBS OLUNMUŞ “TEXNİKABANK” ŞEFİ İLƏ BAĞLI DAHA BİR ŞOK XƏBƏR

DİA.AZ: - Bu günlərdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi xəbər yaydı ki, “KredAqro” Bank Olmayan Kredit Təşkilatının hər birinin nominal dəyəri 100 manat olan 4523 ədəd adi adlı sənədsiz səhmlərinin buraxılışı AZ100200916P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Xəbərdə qeyd olunurdu ki, buraxılan səhmlər “KredAqro” Bank Olmayan Kredit Təşkilatının AZ100100916 qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 1 manat olan 4523 ədəd adi adlı sənədsiz səhmlərinə dəyişdirilmə yolu ilə yerləşdiriləcək.

Bildirək ki, bununla bağlı redaksiyamıza çox ilginc faktlar daxil olub. Belə ki, mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən aydın olana görə, bir müddət əvvəl MTN tərəfindən həbs edilmiş “TexnikaBank”ın müşahidə şurasının sədri, həmçinin “Kred-Agro”nun gizli sahibi Etibar Əliyevin oğlu Kəramat Əliyevlə "MolBulak" BOKT-nin idarə heyyətinin sədri (keçmiş "KredAqro" BOKT-un sədri) Eldar Cəfərovun anası Cəfərova Xatunun təsisçisi va səhmdarı olduğu "Invest" BOKT –nin səhmləri Etibar Əliyevin Qırğızıstan Respublikasında yaşayan qardaşına məxsus olduğu bildirilən "MolBulak" BOKT-yə birləşdirilib.

Bu barədə mənbənin söylədikləri: “Artıq “Invest” kreditinin filiallarında "MolBulak" BOKT (www.molbulak.az) rəsmən fəaliyyətə başlayıb. Çox acınacaqlı haldır ki, Etibar Əliyev cinayət tərkibli əməllərinə görə həbs olunsa da, "Molbulak" nəzaratdən kənarda qalmaqla yanaşı, dunyanın heç bir ölkasində görünməyən faiz dərəcəsi ilə kreditlər verməyə başlayıb”.

Mənbə iddia edir ki, 6 aylıq kreditlər 52%-lə, 12 aylıq kreditlər 56%-lə, 18 aylıq kreditlər isə 58%-lə verilsə də, nəzarat edici orqan olan Mərkəzi Bank bütün bunlara göz yumur ki, bu da öz növbəsində qaranlıq məqamlardan xəbər verməkdədir: “Əlbətdəki bütün bu işlərdən ziyan çəkən tərəf məcburiyyətdən kredit götürən sadə xalqdı”

Qeyd edək ki, sadacə olaraq şəxsiyyət vəsiqəsiylə kreditlərin götürülməsi mümkün olduğundan daha çox imkansız şəxslər bu bank fırıldaqçılarının asanlıqla qurbanına çevrilirlər: “Hətta "MolBulak" BOKT-nin Qırğızıstandakı əsas təşkilatı belə, "MolBulak"-ın rəhbərliyi belə Azərbaycandakı bu faiz dərəcələrindən şoka ddüşsələr də, səhmlərin əksərinin etibar Əlieyə məxsus olması səbəbindən hansısa tədbiri görmək imkanında deyillər. Bundan əlavə, həm də Azərbaycanın yerli nəzarətedici qurumları bu funksiyanı həyata keçirməlidirlər. Yəni Mərkəzi Bank”.

Qeyri-rəsmi məlumatlara görə, "KredAqro" BOKT-nin dörd milyon beş yüz iyirmi üç min manatın kimə məxsus olmasını ictimaiyyətdən gizlədilsə də, həmin səhmlərin 3 milyon manatı Eldar Cəfərovun Rusiyanin Kazan şəhərində yaşayan qardaşı Ramiz Cəfərova məxsusdur. Yerdə qalan summa isə Etibar Əliyevin qardaşına aiddir. Mövzu diqqətimizdədir. Bizi izləyin.

Geri qayıt