Əsas Səhifə > Dünya > OLLAND TÜRKİYƏYƏ NƏ VƏD EDİR?

OLLAND TÜRKİYƏYƏ NƏ VƏD EDİR?


15-05-2012, 13:48
OLLAND TÜRKİYƏYƏ NƏ VƏD EDİR?

HƏR HALDA SARKOZİYA BAXANDA, BUNA ŞÜKÜR...

"Anadolu" agentliyinin verdiyi xəbərə görə, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Vestervelleni Ankarada görməkdən məmnun olduğunu qeyd edən Davudoğlu, onunla həm ikitərəfli səfərlər çərçivəsində, həm də beynəlxalq iclaslarda tez-tez görüşdüklərini vurğulayıb.

Vestervellenin hər fürsətdə Türkiyənin Aİ-na üzv seçilməsini dəstəklədiyini və bunu açıq olaraq ifadə etdiyini söyləyən Davudoğlu deyib: ''Bu səfər çox yaxşı vaxta təsadüf edib. Çünki Fransa seçkilərindən sonra hörmətli Fransua Ollandın vəzifəyə başlaması ilə birlikdə Türkiyə-Aİ münasibətlərində müsbət addımlar atıla bilər. Fransada Ollandın iqtidara gəlməsi və onun Sarkozi ilə müqayisədə Türkiyə-Aİ əlaqələri mövzusunda daha müsbət düşünməsi ümidvericidir. Hörmətli Olland sabah Almaniyaya səfər edəcək, buna görə də bugünkü müzakirələr çox əhəmiyyətlidir. Türkiyə ilə Almaniya arasındakı yaxın dostluq əlaqələri, Türkiyə-Aİ əlaqələrində inkişaf baxımından da əhəmiyyətlidir”.

Geri qayıt