Əsas Səhifə > Şou-biznes > ROYA YENİ TURNEYƏ HAZIRLAŞIR

ROYA YENİ TURNEYƏ HAZIRLAŞIR


15-05-2012, 13:25
ROYA YENİ TURNEYƏ HAZIRLAŞIR

AMMA ONUN ZAMİQLƏ DUETİ OLMAYACAQ

Röya və Zamiqin iki il əvvəl bölgə sakinləri üçün nəzərdə tutulan konsert turnesi bu yay da baş tutmalıdır.

Hazırda müxtəlif bölgələrin nümayəndəlikləri ilə danışıqlar aparılır. Amma konsertdə Röyanın Zamiqlə birgə çıxışı nəzərdə tutulmayıb. Bu dəfə onu başqa kişi sənətçinin əvəzləyəcəyi ehtimal edilir. Bu xəbəri Milli.Az-a Röyanın prodüseri Kənan Bayramov bildirib.

«Danışıqlar başlayıb, hələlik tarix və bəzi işlər dəqiqləşdirilir. Çox güman ki, iki illik fasilədən sonra, layihəni elə bu il təzələyəcəyik. Amma Zamiqin layihədə iştirakı nəzərdə tutulmayıb. Röyanın səhnədə başqa sənətçi ilə çıxışı planlaşdırılıb. Amma bunun kim olacağı dəqiqləşdirilir».

Son illər müğənni-bəstəkar Rəhim Rəhimli ilə dostluq edib, əksər konsert səhnəsini onunla birgə paylaşan Röyanın budəfəki seçiminin də sözügedən sənətçi olacağı istisna edilmir. Söhbəti yay planları üzərində quran Kənan bəy sonda bildirdi ki, bu yay oturmaq fikirləri yoxdur.

«Havanın isti keçməsinə baxmayaraq, qarşımıza məqsəd qoymuşuq. Bu yay əməlli-başlı işləyəcəyik. Planlarımız çoxdur. Onların üzərində çalışırıq», - deyə prodüser bildirdi.


Geri qayıt