Əsas Səhifə > Siyasət, Manşet > MƏHƏMMƏD İMANLININ ŞOK GİZLİ ƏMƏLLƏRİ

MƏHƏMMƏD İMANLININ ŞOK GİZLİ ƏMƏLLƏRİ


15-05-2012, 13:19
MƏHƏMMƏD İMANLININ ŞOK GİZLİ ƏMƏLLƏRİ

BDU-NUN MÜƏLLİMİ BİR NEÇƏ QƏZETƏ AYLIQ «DOLYA» ÖDƏYİRMİŞ

DİA.AZ: - Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən rüşvət faktına görə saxlanılan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin sabiq dekan müavini Məhəmməd İmanlının istintaqı davam edir. Bu barədə verilən məlumatda deyilir ki, rüşvət fakınta görə saxlanılan Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Bununla bağlı redaksiyamıza məlumatlı çevrələrdən çox ilginc faktlar daxil olub. Hüquq-mühafizə orqanlarındakı qaynaqlardan ötürülən informasiyada deyilir ki, istintaq araşdırmaları zamanı Məhəmməd İmanlının başqa əməlləri də üzə çıxıb. Məlum olur ki, sən demə, əslində Bakı Dövlət Universitetinin qara mühasibatlıq işləri də məhz Məhəmməd İmanlının əli ilə həyata keçirilib.

Hələlik bu yöndə konkret araşdırmaların aparılmadığını bildirən mənbəmiz onu da vurğulayır ki, təbii ki, bu işdə birbaşa olaraq Bakı Dövlət Universitetinin rəhbərlinin da adı hallandırıla bilər: «Bu səbəbdən də araşdırmaların sözügedən məcraya yönəlməsi siyasi qərar tələb edir».

Onu da bildirək ki, bu arada mətbuatda yayılan xəbərlərdə bildirilir ki, Məhəmməd İmanlının həbsindən yararlanmaq istəyənlər arasında təhsil naziri Misir Mərdanov da var. Belə ki, BDU rektoru ilə münasibətləri gərgin olan TN şefi hətta maraqlıdır ki, məsələ bir qədər də böyüsün.

Qaynağımız isə bildirir ki, araşdırmalar zamanı eyni zamanda Məhəmməd İmanlının daha bir əməli də ifşa olunub: «Məlum olur ki, Məhəmməd İmanlı sən demə çalışdığı universitetin rəhbərliy adından bir sıra mətbu orqanlara hər ay «dolya» ödəyirmiş. Özü bu barədə istintaqçılara bildirib ki, həmin pulların qarşılığı olaraq BDU-da baş verən olaylar mətbuatda işıqlandırılmayıb. Hətta bu əsnada çox populyar olan müxalifət qəzetlərindən birinin də adı hallanır. Belə ki, Məhəmməd İmanlı özünün müxalif keçmişinə söykənərək həmin müxalifət mətbuatının əli ilə ümumiyyətlə, digər qəzetlərin də BDU əleyhinə yazılar yazmasını əngəlləməyə müvəffəq olub».

«Hər halda, bu faktların ciddi şəkildə araşdırılma ehtimalları olduqca azdır» deyən mənbəmiz bunları da söylədi: «Çünki bu işdə maraqlı olan qüvvələrin və ittiham hədəfinə çevrilə biləcək şəxslərin miqyası daha böyük olduğundan istintaqın sözügedən konteksdə ciddi araşdırmaya baş vuracağı gözlənilən deyil. Sadəcə olaraq əldə olunan faktlar lazımi ünvanlara informasiya kimi təqdim olunacaq».

Xatırladaq ki, Məhəmməd İmanlının rüşvət əməli prokurorluğun "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciət əsasında aşkar edilib. Belə ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 5 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan pulu rüşvət kimi alarkən cinayət başında saxlanılıb.


Geri qayıt