Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İKİ UŞAĞINI ÖLDÜRƏN ATAYA AZ İŞ VERİLİB

İKİ UŞAĞINI ÖLDÜRƏN ATAYA AZ İŞ VERİLİB


15-05-2012, 12:54
İKİ UŞAĞINI ÖLDÜRƏN ATAYA AZ İŞ VERİLİB

BAŞ PROKURORLUQ PROTEST VERİB

Baş Prokurorluq iki azyaşlı övladını boğaraq öldürməkdə təqsirləndirilən Lerik rayon sakini Əmrah Xıdır oğlu Süleymanovun cinayət işi üzrə məhkəmə hökmündən apellyasiya protesti verib.

APA-nın məlumatına görə, apellyasiya protesti əsasında bu gün Şirvan Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib. Məhkəmənin baxış iclası isə mayın 31-nə təyin edilib.

Qeyd edək ki, Lerik rayonunun Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Əmrah Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər və 1 yaşlı Filizin meyitləri ötən il oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb. Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Süleymanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Azər Abbasov isə hökmdən apellyasiya protesti verərək, onun ömürlük olaraq azadlıqdan məhrum edilməsini istəyib.


Geri qayıt