Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏHƏMMƏD İMANLIDAN NƏ XƏBƏR VAR?

MƏHƏMMƏD İMANLIDAN NƏ XƏBƏR VAR?


15-05-2012, 12:50
MƏHƏMMƏD İMANLIDAN NƏ XƏBƏR VAR?

“İSTİNTAQ İŞİ DAVAM EDİR”

Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən rüşvət faktına görə saxlanılan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin sabiq dekan müavini Məhəmməd İmanlının istintaqı davam edir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a məlumat verib. E.Sultanov bildirib ki, rüşvət fakınta görə saxlanılan Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

“Bu məsələ ilə bağlı hələlik onu deyə bilərəm ki, Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən başlanan istintaq davam edir. Hələlik yeni bir məlumat yoxdur”

Məhəmməd İmanlının rüşvət əməli prokurorluğun "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciət əsasında aşkar edilib. Belə ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 5 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan pulu rüşvət kimi alarkən cinayət başında saxlanılıb.


Geri qayıt