Əsas Səhifə > Gündəm, Manşet > İRAN AZƏRBAYCANI NÜFUZDAN SALMAQ İSTƏYİR

İRAN AZƏRBAYCANI NÜFUZDAN SALMAQ İSTƏYİR


15-05-2012, 12:42
İRAN AZƏRBAYCANI NÜFUZDAN SALMAQ İSTƏYİR

HƏBSDƏ OLAN AİP SƏDRİNİN MƏSƏLƏSİ BEYNƏLXALQ MÜSTƏVİYƏ ÇIXIR

DİA.AZ: - Hər vəchlə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmağa çalışan və eləcə də Azərbaycan daxilində müxtəlif təxribat xarakterli addımlara imza atan İranın fars-molla rejimi indi də ölkəmiz əleyhinə islam dünyasında kampaniyaya başlayıb. Bunun da nəticəsidir ki, bir müddət əvvəl həbsə salınan iranyönlü Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla bağlı məsələ İslamın Beynəlxalq Missiyası Konfransında qaldırılıb.

DİA.AZ bildirir ki, əslində Mövsüm Səmədovun həbsinin özü belə qurama ittihamlar əsasında baş verdiyindən bu məsələdə təxribatçı qüvvələr özlərini olduqca rahat hiss edirlər. Hər halda, sözügedən beynəlxalq qurum Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən ünvanlardan biridir və son proseslərdən də bəlli olur ki, hansısa məmurumuzun özfəaliyyəti belə Azərbaycana düşmən olan qüvvələr üçün münbit şərait yaradır. İranın xüsusi xidmət orqanlarının nəzarətində olan «arannyus» portalında yer alan həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

«İslamın Beynəlxalq Missiyası Konfransında iştirak edənlər doktor Mövsüm Səmədovun din düşmənlərinin zindanından azad olunmasını tələb etdilər.

AranNews-in məlumatına əsasən, sözü gedən konfransda iştirak edənlər proqramın aparıcısından doktor Mövsüm Səmədovun son vəziyyətini eşitdikdən sonra "Allahu Əkbər" fəryadları ilə bu siyasi və dini rəhbərin həbsdən azad edilməsini tələb etdilər.

Qeyd edək ki, doktor Səmədov 15 ay bundan qabaq öz çıxışında ölkə hakimiyyətinin anti-İslam siyasətlərini tənqid etdiyi üçün həbs olunmuşdur».

Geri qayıt