Əsas Səhifə > Gündəm, Manşet > SƏFƏR ƏBİYEVİN RƏQİBLƏRİ EYNİ SƏNGƏRDƏ

SƏFƏR ƏBİYEVİN RƏQİBLƏRİ EYNİ SƏNGƏRDƏ


15-05-2012, 12:22
SƏFƏR ƏBİYEVİN RƏQİBLƏRİ EYNİ SƏNGƏRDƏ

LƏNKƏRAN ƏLİYEV MN ŞEFİNƏ QARŞI VAHİD ƏLİYEVLƏ İTTİFAQA GİRDİ

DİA.AZ: - Redaksiyamıza çox ilginc bir məlumat daxil olub. Mötəbər mənbələrdən əldə etdiyimiz informasiyada bildirilir ki, son günlər Müdafiə Nazirliyi sistemində yaşanılan gərginliyin miqyası daha da böyümək üzərədir. Xatırladaq ki, neçə gündür nazirliklə Azərbaycan Silahlı Qüvvələrinin Akademiyasının əməkdaşı, general-mayor Lənkəran Əliyev arasında bir qalmaqal yaşanır. İlk əvvəl «mənzil davası» kimi ictimailəşən bu konflikt sonradan general-mayorla bağlı köhnə palan içinin tökülməsinə qədər inkişaf etdi. Artıq Lənkəran Əliyev cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur. Bu barədə açıqlama verən hərbi prokurorluqdan da bildiriblər ki, Lənkəran Əliyev hətta həbs də oluna bilər.

Məlumatlı çevrələrdən DİA.AZ-a ötürülən informasiyada isə qeyd olunur ki, birbaşa olaraq nazir Səfər Əbiyevin hədəfinə çevrilən Lənkəran Əliyev müdafiə olunması üçün yollar arayır və hətta artıq özünə yeni müttəfiqlər də tapıb. Mötəbər qaynağın iddia etdikləri:

«Lənkəran Əliyev uzun müddət ərzində Müdafiə Nazirliyinin rəhbərliyi ilə konfliktdə olan prezidentin təhlükəizlik və müdafiə məsələləri üzrə müşaviri Vahid Əliyevlə ittifaqa girib və artıq Vahid Əliyevin xətti ilə əslində Səfər Əbiyevə qarşı aparılan kampaniyanın arxasında dayanan qüvvələrlə - Prezident Administrasiyasının rəhbərliyi ilə də təmasa keçməyə müvəffəq olub».

Xatırladaq ki, Vahid Əliyev bir müddət Müdafiə Nazirliyi əleyhinə kampaniya sürdürdü. Hətta ona hərbi hissələrdə təftiş işləri həyata keçirə bilməsi üçün fürsət də tanındı. Lakin son həmlədə MN rəhbərliyi PA-nın bu təxribatlarını önləməyi bacardı ki, yekunda Vahid Əliyev Müdafiə Nazirliyinn əleyhinə hansısa hesabatı açıqlaya bilmədi.

İndi isə aydın olur ki, bu gün aşkar surətdə MN rəhbərliyi ilə döyüşə girən Lənkəran Əliyev sözügedən qüvvələrin də marağını cəlb edib. Mənbəmiz iddia edir ki, həmin güc mərkəzi hətta general-mayora «sən həbs olunmayacaqsan, sona qədər arxandayıq» şəklinə əminlik ismarıcı da yollayıblar.


Geri qayıt