Əsas Səhifə > Cəmiyyət, Manşet > ROBERT ƏYYUBOV ZİYA MƏMMƏDOVU HƏDƏLƏYİB

ROBERT ƏYYUBOV ZİYA MƏMMƏDOVU HƏDƏLƏYİB


14-05-2012, 17:42
ROBERT ƏYYUBOV ZİYA MƏMMƏDOVU HƏDƏLƏYİB

«BİR SÜRÜCÜNÜN BURNU QANASA, ÖZÜNDƏN KÜS»

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Bəylər Əyyubovun qohumu, cəmiyyət arasında «Robinqud» adı ilə tanınan Robert Əyyubov köhnə sovet maşınlarının taksi kimi xidmət göstərməsinə qadağa qoyan nəqliyyat naziri Ziya Məmmədovla çəkişmədədir. Məlumatımızda onu da bildirmişdik ki, köhnə «jiquli»lərə 1 may tarixinə qədər vaxt qoyan Ziya Məmmədovun bu addımına elə ən sərt reaksiyanı da Robert Əyyubov verib. Belə ki, 1 may tarixində şəxsən taksi kimi «xaltura»ya çıxan Robert Əyyubovu NN-nin müfəttişləri saxlamağa cürət etməyiblər.

Bununla bağlı DİA.AZ-a açıqlama verən məlumatlı qaynaq iddia edir ki, Robert Əyyubov yenidən Ziya Məmmədova hədəsini yollayıb və hətta bildirib ki, yarışma günündə də taksiçilik edəcək: «Məlumdur ki, «Avroviziya» yarışması vaxtı köhnə «jiquli»lərin şəhərin mərkəzi hissəsində hərəkəti məhdudlaşdırılacaq. Və bu zaman nəqliyyat nazirliyinin müfəttişləri xüsusi reydlər də keçirəcəklər».

Mənbəmizin məlumatına görə, bu səbəbdən Robert Əyyubov NN şefinin diqqətinə çatdırıb ki, əgər belə bir addım atılarsa, onunla problemi olacaq. Onu da bildirək ki, hər bir köhnə sovet taksisində Robert Əyyubovun sükan arxasında olma ehtimalı yüksək olduğundan NN müfəttişləri olduqca ehtiyatlı davranmaq zorunda qalıblar. Hətta adının çəkilməsini istəməyən NN işçilərindən biri redaksiyamıza bildirdi ki, nazirliyin müfəttişlərinə Robert Əyyubovun şəkilləri də verilib. Yəni onu tanısınlar və kobudluq etməsinlər…

Geri qayıt