Əsas Səhifə > Hadisə, Manşet > ƏRDƏBİLİN İMAM-CÜMƏSİ YENƏ HƏDƏLƏDİ

ƏRDƏBİLİN İMAM-CÜMƏSİ YENƏ HƏDƏLƏDİ


14-05-2012, 16:10
ƏRDƏBİLİN İMAM-CÜMƏSİ YENƏ HƏDƏLƏDİ

SEYİD HƏSƏN AMİLİYƏ TÜRK OLDUĞUNU XATIRLADAN GƏRƏK
DİA.AZ: Ərdəbilin imam-cüməsi yenə də ağzını Allah yoluna qoyaraq öz millətindən olanların yeganə müstəqil ölkəsi – Azərbaycan dövlətini hədəfə alıb. DİA.AZ bildirir ki, dəfələrlə antiAzərbaycan ruhlu çıxışları ilə diqqət cəlb edən Seyid Həsən Amili bu dəfə də dövlətimizin ünvanına təhqiredici ifadələr işlədib.

“AranNews” portalında yer alan növbəti antiAzərbaycan ruhlu materialı diqqətinizə çatdırırıq: “Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi və imam cüməsi dedi: "Qərb sistemi əxlaqı öldürmklə bütün hədd-mərzləri sındırıb və sözün əsl mənasında olan həyasızlığa üz gətiribdir. Qərb əxlaqı aradan qaldırmaqla bütün divarları uçurub".

AranNews-in məlumatına əsasən, Ötən gün Ərdəbil şəhərində işə başlayan "İslamın Qafqazda Beynəlxalq Missiyası Konfransı"nda çıxış edən höccətül-islam vəl-müslimin Seyid Həsən Amili dedi: "Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision" təkcə Allahla müharibə deyil, bəlkə bəşəriyyətin əsrlər boyu mütəmadi olaraq ələ gətirdiyi və onunla munis olduqları bütün dəyərlərlə müharibədir".

O, belə bir biabırçı əməli ağlın ziddinə olması və şeytani meyarlarla uyğun olması kimi tosif edərək dedi: "İndi bir kişinin öz kişiliyinə və bir qadının öz qadınlığına nifrət etməsi sionistlərin fitnəsidir və onlar aşkar surətdə bildirirlər ki, belə bir cinsi təfəkkürün tərvicinə və qadının kişi, kişinin qadın olmasına sevinirlər. Hətta, bunu özlərinin vəd edilmiş cənnətləri bilirlər".

Vəliyyi-fəqihin nümayəndəsi xatırlatdı: "Azərbaycanlıların qeyrəti və etiqadi dəyərləri icazə vermir ki, sionistlər öz qələt təfəkkürlərini və homoseksuallığı onların ölkələrində şölələndirsinlər. Yaxud cəmiyyət və ailənin dəyər nizamını külə döndərsinlər".

Amili vurğuladı: "Biz bir müsəlman və şiə olaraq, Azərbaycan ölkəsində dini hakimiyyəti müdafiə edirik və qondarma sionist rejiminin Azərbaycan ölkəsində özbaşına hərəkətlərini və öz xitablarında Azərbaycanı özləri üçün faydalı münasibətlər baxımından analoqu olmayan ölkə adlandırmalarını qəbul edə bilmərik".

O, Azərbaycan Respublikası başçılarının İsraillə hər gün ticari-iqtisadi münasibətlərinin artırmalarından təəssüfləndiyini bildirərək dedi: "Azərbaycan Respublikasının qondarma sionist rejimini 10 il qazla və 70 faiz yanacağının təmin etməsi təəssüfləndirici haldır və həqiqətdə bu ölkə üçün real təhdid hesab edilir".

İslamın beynəlxalq missiyası vəhdət və insani kəramətdən başqa bir şey deyil.

Ərdəbilin imam cüməsi çıxışının digər bir hissəsində İslam dünyasının alim, mütəfəkkir və rəhbərlərinin bu möhtəşəm konfransda iştirakına öz təşəkkürünü bildirdi və davam edərək dedi: "Bizim bəzi qonşularımız islami hüquqlara riayət etməkdə bir ləkə damğası olublar və İran İslam hökumətinə qarşı hörmətsizlik edirlər, təqlid mərcələrinin xeyirxahlığını dəxalət kimi dəyərləndirirlər, məhz məlumat çatdıran İİR KİV-ini daxili işlərə müdaxilə etmək sayırlar, düzgün informasiya çatdıran mərkəzlərin fəaliyyətini dayandırırlar".

Amili vurğuladı:"Bir daha xatırladıram ki, biz əmr be məruf və nəhy əz münkəri bəyan etməklə və xeyirxahlıq üzündən bəzi nəsihətlər etməklə müdaxilə etmək fikrində deyilik. İslam dünyası və şiə bu gün məniqsiz bir düşmənlə qarşılaşmışdır. Onlar İslam dünyasının şüar və mesajlarını eşitmək istəməməkdən əlavə, hətta İslam təfəkkürünün yayılmasından da qorxuya düşüblər və hər bir vasitədən istifadə edərək onun qarşısını almağa çalışırlar".

Vəliyyi-fəqihin nümayəndəsidedi: "İslam dünyası və müsəlmanlar vahid bir ümmət formalaşdırmaqla istikbarın şeytanlıqları olan bu möhkəm səddi sındırmaq və bununla da həqiqəti bəyan etmək və hətta xeyirxahlıq, əmr be məruf və nəhy əz münkər üzündən başqa ölkələrin işlərində öz həmrəyliklərini göstərmək istəyirlər".

Amili toplumun ən böyük münkərini səlahiyyəti olmayan bir şəxsin rəhbərliyi bildirərək artırdı: "İslamın missiyası hər hansı bir sərhədə diqqət etmədən insani kəramətdir. Ta bununla da dünyanın nasaleh rəhbərləri insanları əsir və öz oyuncağına çevirməsin".

Ərdəbilin imam cüməsiçıxışının digər bir hissəsində qərb sisteminin İslam ölkələrinin dərslik kitablarından cihad, əmr be məruf və nəhy əz münkər, təvəlli və təbərri kimi islam təlimlərini çıxarmağa çalışmalarını, hətta bəyəriyyəti Allahın zatında plüralizmə dəvət etmələrni də xəbər verərək, dünya müsəlmanlarının sayıqlığını qərbin bir çox planlarının qarşısını alacağına inandığını bildirdi.

Amili çıxışının davamında bildirdi: "Amerika və sionist rejim İslam dünyasının əsas düşməni olaraq özlərinin bütün maddi və mətbuat gücünü işə salıblar ki, başqa ölkələrin işlərinə müdaxilə etməklə həqiqəti tərsinə göstərsinlər. Belə ki, ABŞ, Ərəbistanı təhrik edərək qeyri-qanuni olaraq Bəhreynə daxil etmişdir və xalqın hüquqlarını tapdalayır, görməməzliyə vurur. Hətta dünyanın azad mətbuatına da həqiqətləri işıqlandırmağa icazə vermirlər".

Ərdəbilin imam cüməsiçıxışının sonunda bildirdi: "İslam ölkəsi və bizim fiqhi sistemimizdə əmr be məruf və nəhy əz münkər ədalət və insan kəraməti qorumaq üçün müdaxilə sayılmır, hətta bütün mərtəbə və səviyyələrdə azaddır. Belə bir məqamda əqli və nəqli baxımdan sükut rəva deyil"”.

Geri qayıt