Əsas Səhifə > Ölkə, Manşet > İBRAHİMOV QARDAŞLARI ÇÖKDÜRÜLÜR

İBRAHİMOV QARDAŞLARI ÇÖKDÜRÜLÜR


14-05-2012, 15:18
İBRAHİMOV QARDAŞLARI ÇÖKDÜRÜLÜR

BƏYLƏR ƏYYUBOV İBRAHİMOVLARIN İMPERİYASINI HƏDƏFƏ ALIB

DİA.AZ: - Məlum olduğu kimi, bu gün ATV kanalının rəhbərliyində dəyişiklik baş verib. Belə ki, kanalı dünənə qədər idarə edən Tağı İbrahimov görəvindən alınaraq, onun yerinə Vüqar Qaradağlı təyin edilib. Və bu olay da böyük rezonans yaradıb. Bildirək ki, Diasporla İş Komitəsinə rəhbərlik edən Nazim İbrahimovun qardaşının ATV-dən uzaqlaşdırılması ekspertlər tərəfindən siyasi olay kimi qiymətləndirilib.

Xatırladaq ki, belə bir dəyişikliyin baş verəcəyi hələ öncədən də proqnozlaşdırılmaqda idi. Hətta dəfələrlə bilgilər verilirdi ki, hədəfə alınanı əslində Tağı İbrahimov yox, onun qardaşı Nazim İbrahimovdur. Bunun isə köklü səbəblərinin olduğu da söylənilirdi.

Bu barədə redaksiyamızın əldə etdiyi informasiyalardan da aydın olur ki, əslində ATV-nin rəhbərliyində baş verən yenilənmə elə Nazim İbrahimovla əlaqədardır: «Təbii ki, işdən çıxarılan Tağı İbrahimovdur, amma o, qardaşının güdazına gedir və daha böyük zərbələr də ibrahimovlar ailəsinə tuşlanacaq».

Mənbəmiz idda edir ki, Nazim İbrahimovun digər qardaşı, bir müddət əvvəl adı «Azərros» inşaat firmasının sahibinin qətlində hallandırılan tanınmış iş adamı İbrahim İbrahimov da hədəfə alınıb: «Onun və həm də elə Nazim İbrahimovun əmlakının siyahıya alınması prosesi gedir. Bundan əlavə, onların obyektlərinin də əllərindən alınması prosesinə start verilib. Bir sözlə, ibrahimovların iqtisadi imperiyaları çökdürülür».

Bu işin arxasında isə şəxsən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, prezidentin şəxsi mühafizəsinin rəisi general-mayor Bəylər Əyyubovun dayandığını bildirən mötəbər mənbənin sözlərindən belə aydın olur ki, İbrahimov qardaşlarının hansı şəraitdə Bəylər Əyyubovu qəzəbləndirməsi hətta iqtidardakı bir çox çevrələrə məlum olmasa da, yalnız bilinəni odur ki, zərbə həqiqətəndən sözügedən ünvandan gəlib.

Geri qayıt