Əsas Səhifə > Cəmiyyət > “ÜMİD”DƏ GÖRÜŞ
“ÜMİD”DƏ GÖRÜŞ14-05-2012, 13:30 |
İQBAL AĞAZADƏ MİCHAL LABENDA İLƏ GÖRÜŞÜB DİA.AZ: - Bü gün Umid Partiyasının mərkəzi qərargahında partiyanın sədri, millət vəkili İqbal Ağazadə Polşa Pespublikasının Bakıdakı səfiri cənab Michal Labendanı qəbul edib. Qəbulda ölkədəki ictimai-siyasi vəziyyət, Polşa Respublikası ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, Qarabağ probleminin həlli, ölkəmizin demokratik inkişafı, siyasi məhbus məsələsi və 2013-cü il prezident seçkiləri müzakirə olunub. DİA.AZ bildirir ki, İqbal Ağazadə Ümid Partiyası və Qarabağ blokunun fəaliyyəti, prezident seçkilərinə hazırlığı barədə qonağa məlumat verib. Görüşdə ölkəmizin demokratikləşməsi istiqamətində Qarabağ bloku ilə səfirlik arasında ikitərəfli əməkdaşlıq haqda geniş fkir mübadiləsi aparılıb. Görüşdə Ümid Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini Rəfail Tağızadə də iştirak edib. Geri qayıt |