Əsas Səhifə > Cəmiyyət > DAHA BİR ETİRAZ AKSİYASI

DAHA BİR ETİRAZ AKSİYASI


14-05-2012, 13:26
DAHA BİR ETİRAZ AKSİYASI

MÜXALİFƏTİN PİKETİ BAŞ TUTDU

Xəbər verildiyi kimi, bu gün İctimai Palatanın qərarı ilə Başı Şəhər İcra Hakimiyyətinin müxalifətə aksiya üçün yer ayırmamasına etiraz olaraq, şəhərin mərkində etiraz piketi keçirməyi planlaşdırırdı.

“Yeni Müsavat”ın reportyorları Röya Rəfiyeva və Leyla İlqarın verdiyi məlumata görə, saat 13 radələrində piket Fəvvarələr bağında baş tutub. Çoxlu sayda müxalifət fəalları bağa daxil olaraq “İstefa” və “Azadlıq” şüarları səsləndiriblər.

Əməkdaşlarımızın verdiyi xəbərə görə, ilk şüarların səsləndirilməsindən az sonra hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunu və onlar fəalları saxlayaraq polis maşınlarına yığıblar və polis bölmələrinə aparıblar.

Aldığımız məlumatda bildirilir ki, aksiyaya çıxan fəalların sayı 500 nəfərə yaxın olub. Onlardan 100 nəfərə yaxını polis qüvvələri tərəfindən saxlanılıb. (musavat.com)


Geri qayıt