Əsas Səhifə > Siyasət, Manşet > OLİQARXLARA SON «AVROVİZİYA» ZƏRBƏSİ

OLİQARXLARA SON «AVROVİZİYA» ZƏRBƏSİ


14-05-2012, 12:44
OLİQARXLARA SON «AVROVİZİYA» ZƏRBƏSİ

HƏR BİR İRİRANQLI MƏMUR 1 MİLYON MANAT TÖYCÜ VERMƏK ZORUNDADIR

DİA.AZ: - «Avroviziya-2012» mahnı müsabiqəsinin daha çox sahibkarlara və elə sahibkarlardan fərqlənməyən oliqarx-məmurlara ciddi zərbə vurması hər kəsə məlumdur. Məsələn, bu bir faktdır ki, az qala ölkənin bütün rayonlarında - nəinki paytaxt Bakıda, hətta ən ucqar rayonda belə «Avroviziya» yarışması ilə əlaqədar büdcə təşkilatında çalışanların əksəriyyətindən və ələlxüsus da sahibkarlardan pullar yığılıb. Qeyri-rəsmi hesablamalara görə, beynəlxalq müsabiqə ilə əlaqədar cərəyan edən məmur korrupsiyası nəticəsində bütün ölkə miqyasında yalnız aşağı kəsimdən təxminən 4 milyon manata yaxın vəsait toplanıb (bu rəqəm QHT-lərin apardığı araşdırmalar nəticəsində meydana gəlib -red.).

Məlumatlı çevrələrdən DİA.AZ-a daxil olan inyormasiyadan aydın olur ki, amma iş hələ də bitməyib və pultoplama kampaniyası ən ali səviyyədə davam etdirilir. Mötəbər mənbənin iddalarına görə, son mərhələ kimi oliqarx-məmurlara Bakıya gəlməkdə davam edən əcnəbi turistlərə rahat şəraitin yaradıması məqsədilə 1 milyon manatdan pul toplanılır.

Təbii ki, bu qədər vəsaiti sıradan bir məmurun ödəməsi imkansızdır. Mənbəmiz buna görə də vurğulayır ki, yalnız 6 iri məmurdan həmin pul istənilib: «Səbəb kimi isə «Avroviziya» ilə bağlı yekun tədbirlər göstərilib. Hətta onlara belə izahat da verilib ki, turistlərin qalacaqları mehmanxanalara da həmin vəsaitdən ödəniləcək ki, «Avroviziya» ilə bağlı müvafiq endirimləri edə bilsinlər».

Onu da qeyd edək ki, iri məmurların həmin pulu öz hesablarına ödəyəəkləri heç də inandırıcı görünmür. Məsələn, götürək, nəqliyyat naziri Ziya Məmmədovu. Təbii ki, onun həmin pulun qat-qat artığını verməyə gücü yetər. Amma Cavid Qurbanov və digərləri olan yerdə nazirin əlini cibinə salacağı inandırıcı deyil. Eləcə də digərləri. Deməli, yenə də güc aşağıların çiyinlərinə düşəcək.

Mövzu diqqətimizdədir. Bizi izləyin…

Geri qayıt