Əsas Səhifə > Ölkə > MASALLI DYP-NİN ƏMƏKDAŞI KİMƏ HAQQ VERİR?

MASALLI DYP-NİN ƏMƏKDAŞI KİMƏ HAQQ VERİR?


14-05-2012, 11:58
MASALLI DYP-NİN ƏMƏKDAŞI KİMƏ HAQQ VERİR?

KOMANDİRİN PAYI NƏ QƏDƏRDİR?

Bəzi rayonlarda yerli polis və onun qollarından biri olan Dövlət Yol Polisi (DYP) əməkdaşları açıq şəkildə özbaşınalıqla məşğul olurlar. TİA.AZ-a daxil olan məlumatlardan da belə aydın olur ki, bununla bağlı vəzyyət kifayət qədər pisdir.

Həmin məlumatlardan biri isə Masallı rayonundan daxil olub. Rayonun Ərkivan qəsəbəsinin sakini Aqil Şirəliyev TİA.AZ-a açıqlamasında deyib ki, ötən gün DYP əməkdaşı Ariz İsmayılov onu saxlayaraq, 50 manat rüşvət alıb. Şirəliyevin sözlərinə görə, DYP əməkdaşı bunu sürücünün təhlükəsizlik kəmərini bağlamaması səbəbindən etdiyini deyib. «Ariz İsmayılov mənə dedi ki, guya, təhlükəsizlik kəmərimi bağlamamışam. Əvəzində isə 50 manat cərimə ödəməyimi tələb etdi. Ona qanunla bunun cəriməsi olaraq 22 manat nəzərdə tutulduğunu çatdırsam da, bir xeyri olmadı. Məndən 50 manat alsa da, bunun müqabilində nə protokol tərtib etdi, nə də hər hansı bir qəbz verdi».

Maraqlı məqamlardan biri də olur ki, DYP əməkdaşı aldığı pulun ona çatmadığını iddia edib. O deyib ki, hər gün komandirinə 200 manat «haqq» verir və o səbəbdən də rayonda sürücülərdən pul qoparmaq məcburiyyətindədir. «Ariz İsmayılov mənə dedi ki, hər gün həmin 200 manatı komandirinə verməsə, onu işdən çıxararlar. Ona görə də, həmin pulu çıxarmaq üçün sürücülərin qarşısını kəsərək, müxtəlif bəhanələrlə onlardan pul qoparır».

Aqil Şirəliyev bildirir ki, Ariz İsmayılov kimi DYP əməkdaşları polisin adını batırır və bu səbəbdən də onun vəzifə başında qalması yolverilməzdir. «Mən əminəm ki, DİN rəhbərliyinin məsələdən xəbəri yoxdur. Ariz İsmayılov kimi polis əməkdaşları bu hərəkətləri ilə polisin adına ləkə gətirirlər. Həmçinin ümid edirəm ki, BDYPİ-nin rəhbərliyi bununla bağlı ölçü götürəcək».

Qeyd edək ki, Ariz İsmayılov Masallıda özünəməxsus ad çıxarıb. Həmin ad da onun savadsızlığından irəli gəlib. Belə ki, o, bir zamanlar «QAZ-532 sürücüsünü saxlayaraq, ondan «təhlükəsizlik kəmərini» bağlamadığına görə, rüşvət tələb edib. Və həmin vaxtdan bəri onun haqqında mənfi rəylər yaranmağa başlayıb.


Geri qayıt