Əsas Səhifə > Hadisə, Manşet > SABİRABADIN İCRA BAŞÇISI BAKIYA ÇAĞRILDI

SABİRABADIN İCRA BAŞÇISI BAKIYA ÇAĞRILDI


12-05-2012, 14:42
SABİRABADIN İCRA BAŞÇISI BAKIYA ÇAĞRILDI

NAZİM İSMAYILOV MƏMURLARDAN BİRİ İLƏ QOVCAYA GİRİB

DİA.AZ: - Adı son zamanlar bir çox qalmaqallı olaylarda hallanan Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov təcili surətdə Bakıya çağrılıb. Bu barədə məlumatı DİA.AZ-a hökumət içindəki məlumatlı mənbələr verib. Qaynaq iddia edir ki, icra başçısının Bakıya çağrılmasının nədəni bir neçə gün əvvəl baş vermiş bir olayla bağlı izahatın tələb olunmasıdır.

Mənbənin söylədikləri: «Keçən həftə hakimiyyətin çox nüfuzlu simalarından birinin yaxın adamı Sabirabadın icra başçısından Kür qırağı kəndlərin bəzilərinə aid torpaq sahələrini istəyib və niyyətini açıqlayıb ki, həmin ərazidə balıq vətəgələri yaratmaq niyyətindədir. Lakin icra başçısı Bakıdan gedən qonağın sözünü yerə salaraq, onlarda torpağın olmadığını, torpağın artıq əhaliyə paylandığını söyləyib».

Məlumatlı mənbə iddia edir ki, bundan sonra icra başçısı kənd icra nümayəndələrilə də əlaqə saxlayıb və eyni cavabı təkrar olaraq «bakılı qonağın» diqqətinə çatdırıb: «Sən demə, həmin şəxs Prezident administrasiyasının şöbə müdiri Əli Həsənovun qohumu olub. Və bu işdən PA rəsmisinin də məlumatı olub. Bundan sonra Əli Həsənova müraciət edən qohumu məsələnin nə yerdə olduğunu izahlayır. Və işə Əli Həsənov qarışası olur».

Mənbəmiz bildirir ki, bu gün Nazim İsmayılova «təcili surətdə Bakıya gəl» ismarıcının verilməsinin əsas nədəni də məhz bununla bağlıdır. Onu da qeyd edək ki, son zamanlar birbaşa olaraq PA rəhbəri Ramiz Mehdiyevin himayəsi altında özünə böyük biznes şəraiti yaratmağa müvəffəq olan Əli Həsənov əlində cəmləşdirdiyi pulu ayrı-ayrı gəlir sahələrinə də yatırtmaqla məşğuldur.


Geri qayıt