Əsas Səhifə > Cəmiyyət, Manşet > RÖVNƏQ ABDULLAYEVİN BORCU VAR İMİŞ

RÖVNƏQ ABDULLAYEVİN BORCU VAR İMİŞ


11-05-2012, 16:37
RÖVNƏQ ABDULLAYEVİN BORCU VAR İMİŞ

ARDNŞ PREZİDENTİ JURNALİSTLƏRDƏN BİRİNƏ 10 MİN DOLLAR ATIB

DİA.AZ: - Hazırda Dövlət Neft Şirkətinə rəhbərlik edən Rövnəq Abdullayevin sən demə, borcu da var imiş. Özü də onun borclu olduğu şəxs sıradan bir jurnalistdir. Bu barədə DİA.AZ-a məlumatı verən jurnalistin sözlərindən belə aydın olur ki, bu gün əlindəki maddi imkanlarla ən iri oliqarxlardan birinə çevrilmiş ARDNŞ prezidenti 2005-ci ilin parlament seçkiləri zamanından ona borclanıb.

Onu da bildirək ki, həmkarımız özü öz adının açıqlanmasını istəməyib. Lakin Rövnəq Abdullayev kimi qosqoca milyonçunun ona 10 min ABŞ dolları həcmində borclu olduğunu iddia etməklə yanaşı, borcun necə yarandığını da izahlayır:

«2005-ci ilin parlament seçkiləri zamanı Nizami rayonundan deputatlığa namizəd olan Rövnəl Abdullayev o zamanlar Neft Şirkətinin prezidenti deyildi. O zamanlar Rövnəq müəllim Bakı Neft Emalı Zavoduna rəhbərlik edirdi və mən də rəhbərlik etdiyim qəzetdə digər namizədlərə olduğu kimi, seçkilərə qatılmış Rövnəq Abdullayevə də təbliğatı üçün şərait yaratmışdım».

Həmkarımız bildirir ki, hazırda ARDNŞ Təhlüəsizlik İdarəsinə rəhbərlik edən, keçmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşı Rəşad Əliyev o zamanlar deputatlığa namizəd olan Rövəq Abdullayevin seçki qərargahının rəhbəri olub: «Biz hər şeyi Rəşad Əliyevlə anlaşmışdıq. Bir dəfə də ayaqüstü olaraq Rövnəq Abdullayevlə də görüşdüm. Amma hər şeyi Rəşad Əliyevlə danışmışdıq. Təxminən 10 min ABŞ dolları həcmində borcları qalıb və indiyənə qədər həmin pulu ödəmirlər».

Adının çəkilməsini istəməyən jurnalist bildirir ki, bir neçə dəfə Rəşad Əliyevə borcun qaytarılması üçün müraciət etsə də, təşəbbüsləri cavabsız qalıb: «Mənim bildiyimə görə, həmin ərəfədə Rəşad Əliyevə əslində təbliğata ayrılan pulların hamısı çatıb. Yəni Rövnəq Abdullayev pulları versə də, Rəşad Əliyev yeyintiyə yol verib. Bir də onu bilirəm ki, Rövnəq Abdullayevin adından Rəşad Əliyev təkcə ənə yox, başqa bir qəzetə də borclu qalıb».


Geri qayıt